ب
ب

balmaskədə nozun şəkili macərasi

Eynuddölənin muxaliflərinin qəməri 1323-cü ilin muhərrəm ayinda Balmaskədə Cozef Nozun aba və əmmaməli bir şəkilinə əl tapmaları muxalifət göstərmək üçün bir bəhanə oldu və ardınca məşrutə hərəkətinin yaradıci amili olan bir sıra hadisələrə səbəb oldu.o şəkil qəməri...

Azita Liqai

Eynuddölənin muxaliflərinin qəməri 1323-cü ilin muhərrəm ayinda Balmaskədə Cozef Nozun aba və əmmaməli bir şəkilinə əl tapmaları muxalifət göstərmək üçün bir bəhanə oldu və ardınca məşrutə hərəkətinin yaradıci amili olan bir sıra hadisələrə səbəb oldu.o  şəkil qəməri 1321/miladi 1903-cü ildə İngiltərə bankının başçısı Balmaskənin qonaqlığına aid idi .Cozef Noz qızının dediyi əsasında əmək giriftarlığına Balmaskəyə paltar tədarük eliyə bilməmişdi və heç növ din alimlərin məsxərə eləmək niyyəti yox idi.bu şəkilin nə tövr iki ildən sonra muxaliflərin ixtiyarında qərar tapmaqları bu günə qədər ibhamlıdır.deyildiklərə əsasən onun yayılma amili Şuaussəltənə idi.Nozun şəkilin çoxaldıb və yas məclislərində yaydılar.Seyid Əbdullah Behbəhani evi yas məclisində nalə-fiğan səsi daha çox idi .Seyid Əbdullah, evində minbərə getdi və Belcikalıların gomrükdəki bir sıra işlərinə toxunaraq Nozun şəkili probleminə işarə elədi və onu müsülmanlara toxunc kimi bildi və Nozun işdən çıxarılıb ölkədən xaric eləməyin istədi .Sədr-ul-uləma Hac şex Murtuza, Seyid Əhməd Təbatəbai,Şex Məhəmməd Rza Qumi və bir sıra sair din alimləri və məscidlərin ruhaniləri onilə əl bir oldular.Tehranın etibarlı vaizlərindən olan Hac şex Məhəmməd Vaiz, Hac Şex Mehdi Sultan-ul-vaizin və Əkbər Şah hər gecə mənbərlərdə və məclislərdə Noza qarşi çıxış eliyirdilər.bu məclislərdə hucumun ucu yalnız Noza doğru yönəlməmişdi, bəlkə Noza hucum etməklə, vasitəli və vasitəsiz şəkildə Eynuddövlədən isə tənqid elədilər.şəhərdə bir sıra səhifələr yayıldı ki hər müsülmana kafir Nozu öldurmək vacibdir .amma Tehranın dini alimlərinin hamısı bu fitva ilə həmrəy dəyildilər onlar deyirdilər əgər kafir müsülman paltarı geysədə toxunc niyyətin göstərmir və toxunc niyyəti olan şəraitdə isə onun kafirliyinə artırmır. Bundan əlavə yəhudilər və zərdüştilər isə əba giyərlər və əmmamə başa qoyarlar. Dini alimlər arasında ixtilaf olmaq üçün Eynuddölə etinasız yanından keçmək istədi ,hətta dedi Nozu Əminussultan bu işə qoyubdur, bu səbəbdən onu qırağa qoymaq niyyətində idim,amma çün alimlər onu qırağa qoymaq niyyətindədilər onların əksinə olaraq Nozdan himayə eliyəcəyəm .amma dini alimlər  və tələbələrin muxalifəti artdı ta ki Aşura gecəsi ki Şah məhəbbətli bir əl yazmada Seyid Əbdullah Behbəhaniyə onun diləklərin yerinə yetirməyi vəd verdi . Eynuddölə isə tələbələr arasında pul paylaşdırmaqla ürəkləri ələ gətirib mövcud gərginliyi aradan qaldırmağa cəhd elədi .beləliklə dövlət və alimlər arasında Nozun şəkilinə aid olan toqquşma bir müddətə qədər söndü.

شناسه مطلب : 1600|
نظرات بینندگان
غیر قابل انتشار : 0
انتشار یافته : 0
نظر شما
نام: *
 
ایمیل :
 
نظر شما: *
 

تماس با ما : 38-22604037(9821+) Info@iichs.org
کليه حقوق اين سايت متعلق به موسسه مطالعات تاريخ معاصر ايران مي باشد.
درج مطالب در سايت لزوماً به معني تاييد آن نيست.
استفاده از منابع اين سايت با ذکر ماخذ مجاز است.