ب
ب

xalq xalqa qarşi

İranın Məşrutə İnqilabı sayir inqilablara tay hərəkəti yolunda çoxlu maniələr və çətinliklərlə üzləşirdi və qarşısında iti əyililiklər yerləşmişdi ki onlardan keçmək uyğun və vaxtlı əks əməllərə ehtiyacı var idi ki qeyri bu halda azqınlıq təhlükəsi və nəhayətən inqilabın ...

Azita Liqai

 

İranın Məşrutə İnqilabı sayir inqilablara tay hərəkəti yolunda çoxlu maniələr və çətinliklərlə üzləşirdi və qarşısında iti əyililiklər yerləşmişdi ki onlardan keçmək uyğun və vaxtlı əks əməllərə ehtiyacı var idi ki qeyri bu halda azqınlıq təhlükəsi və nəhayətən inqilabın əldə elədiklərinin nəticəsiz qalması aydın iş idi .bu əyililiklərin biri Topxana Meydanı Təhəssunu adlanan hadisə idi ki ixtilafların dərinləşməsindən başqa heç nətiçəsi olmadı . bu prosesdə xalqın bir hissəsi başqa bir hissəsinin qarşısında yerləşdi .əgərçi məşrutətələblər belə inanırlar ki Topxana meydanı təhəssünçüləri bir toplum obaş və haylazlardan ibarət idi ki onların təhrikedicisi və qidalandıranı saray idi , amma şübhəsiz Topxana meydanının neçəmin nəfər təhəssünçüsünün hamısın obaş və haylaz adlandırıb xalqın halqasından çıxarmaq olmaz.

Xalq o kimsələrdir ki bir muəyyən coğrafiya hududunda muxtəlif irqlər, dillər və dinlərlə bir bayraq və bir hökumətin altında yaşıyırlar , amma diyəsən məşrutənin gedişində xalqıdan və onun huququndan başqa bir anlayış gedir ki  yalnız məşrutəçiləri əhatə eliyir vəlov Sultan Məsud Mirza kimi adam Zillussultan olsun ki onun İsfahandakı cinayətləri və istibdadlarının sədası dunya əhlinin qulağına da yetişib. Topxana Meydanı Təhəssünü gedişində o zaman ki Məhəmməd Əli Şah Zillussultanın ölkədən çıxmağın istədi, Məşrutəçilər ondan himayədə dəlil gətirdilər ki bir kimsəni cürmü subut olmayana qədər sürgün eləmək olmaz. Bu o kəslərin istidlalıdır ki Şahdan istiyiblər Səd-ul-dövlə yaxud inqilabın əvvəli Əb-ul-millə (xalqın atası)-nı qurqu qurmaq və Şahı Məclislə muxalifətə təhrik eləmək gümanila Tehrandan sürgün eliyə. onlar dahı səduddölənin cürmünün subutu qayğısında dəyirlər . neçə gün Topxana Meydanı təhəssününə qısaca bir gözdən keçirmə lazimdir ta aydın ola ki bu hadisədə xalqdan bir quruplar muxtəlif istəhlərlə bir – birinin qarşısında durmuşdular və gərəkməz obaş və haylaz damğası vurmaqla etiraz və fikir söyləmə haqqın onlardan alasan.

Xalqın iki qurupu muxtəlif fikirlərlə iki noqtədə təhəssün elədilər. bir qurup Topxana meydanında təhəssün eliyib Şahdan himayə eliyən kimsələridi və (məşrutə istəmiriq peyğumbər dinin istiyiriq) şuarı verirdilər . başqa qurup əncümən (şura) lərin göstərişilə hicri –qəməri 1325-ci ilin 8 ziqədəsində Sipəhsalar məscidində toplandılar . Seyid Camal və Məlik-ul-mutəkəllenmin iki məşhur aşırı vaiz minbərə çıxıb Şaha qarşı çıxış etdilər və Mirza Cəvad Xan Səduddölə və Hüsen Paşa Xan Əmirbəhaduru Milli Şura Məclisinə qarşı qurğu qurmağa ittihamladılar və Şura Məclisində bir ərizədə o iki nəfərin işdən çıxarıb sürgün etməyin istədilər.

   Əgərçi bəzi qaynaqlar iddia eliyirlər ki əncümənlər ərizəni vasitəsiz Şaha göndərdilər amma daha quvvətli söz budur ki ərizəni Məclisə göndərib və qərar qoydular ki sonki gündə Sipəhsalar Məscidində toplanalar ta ərizənin cavabın alalar.Məhəmməd Əli Şah cavab verdi əncümənlərin diləyi yersizdir və muhakiməsiz və cürm subut olmamış bir kimsəni sürgün eləmək olmaz . Məhəmməd Əli Şah nazirlər başçısı olan Nasir-ul-mülkdən istədi ərizənin cavabın Məclisə elan eləsin , əncümənlərin məhdudlaşdırmasında ciddi təşəbbüs eliyə, amma əncümənlərin qudrət və nufuzundan xəbərdar olan Nasir-ul-mülk ərizənin cavabın yetirməyə dair Şahın əmrindən çəkindi . onun çəkinməsi Şahın qəzəbinə səbəb oldu və Nasir –ul – mülkə hiddətləndi ki nəticədə o və nazirlər kabineti hamısı istefa verdilər .

   Bu macərada neçə düşündürücü söz gözə çarpır ki qısa şəkiləd bunlardan ibarətdir. əncümənlərin ərizəsi, Şahın cavab və Nasir –ul-mülkün əmri yerinə yetirmədən çəkinməsi , əncümənlərin istəhlərinə yetişmədə bir qanuna uyğun quruluşda davranış tərzləri düzdürmü ? əncümənlərin tərzi bu idir ki üzvlərinə dayanaraq Şahı, Məclisi , Dövləti və məmləkət başçıların təzyiqdə qoysunlar . işləri elə idi ki hətta çağdaşlar və məşrutəsevər tarixçilər də onu mudafiə və əsaslandırmağa qadir dəyildilər . Mehdi Məlikzadə İranın Mənşrutə inqilabı Tarixi kitabında əncümənlərin rolu barədə yazır :

sayı iki yuz nəfərdən artıq olmayan milli əncümənlərdə bənddən qurtulmuş əsirlər kimi iradəsiz ağıl və ehtiyat qaydalarila uyğun olmayan hərəkətlər eliyirdilər və çoxu zülm görmüş və əziyyət çəkmiş əncümən üzvləri ki başları şurla dolu və urəkləri yanmış idilər və məşrutə qaydalarından və məşrutə ölkəsində xalqın mükəlləfiyyətlərindən , huququndan və qanunun hududundan xəbərsiz idilər özbaşına nazirliyin və hakim heyətin işlərində müdaxilə eliyirdilər və bir həddə qədər dövlət idarələrin iflicə uğratmışdırlar .məsələn eləki rayonların birindən hakimyaxud vergi məmurundan şikayətədair əncümənlərin birinə bir teleqraf yetişirdi dərhal mitinq qurub və sayir əncümənləridə yardıma çağırıb və kütləvi şəkildi Məclisə doğru yola düşürdülər və çığır – bağırla məzlumların haqqın almağı istiyirdilər yaxud bir camaatı ilgili nazirliyə göndərib hədələməklə , dövlət məmurunun işdən çıxarılmasın istiyirdilər, əncümənlərin bu davranışı Məhəmməd Əli Şahın əlinə bəhanə vermişdi və hər zaman məşrutəçilərin başçılarından birin və yaxud Məclis deputatların görürdü, əncümənlərdən şikayətə başlıyırdi və onları hərcmərcçi və ixtişaşçı adlandırırdı və umumi intizam üçün əncümənlərin pozulmasın lazım görürdü .

Bəzi əncümənlərin rəhbərliyi . Əlauddölə təsiredici üzvlərindən olan Əkabir əncüməni kimi məqsədləri muəyyən olmayan adamların ixtiyarında idi . o həman adam idi ki qənd tacirlərin ağaca tutmaqla Məşrutə İnqilabının qığılcımın vurdu . amma bu zamanda tünd məşrutəçilərdəndir ki Əmir bəhadurə peyğam verir ya istefa ver yaxud səni öldürəcəyiq . Əmir bəhadürdə onun peyğamın Şaha nəql eliyir .

Bu macəranın ikinci hissəsi Şahın cavabıdır ki əncümənlərin diləyini qəbul eləməyə razi deyil və onu qeyri – qanuni bilir və baş nazirindən istiyir , əncümənlərin ifratçılığına məhdudiyyət yaratsın . maraqlıdır ki Şahın qanuni yanaşması növinə qayğı göstərilmir, hətta ozaman ki şah bir ayrı təşəbbüsdə Məclisdən əncümənlərin pozulmasın istiyir o ilə danışıqı əsasda yox bəlkə batini əsasında yanaşılır onların batin şünaslıq ölçüsü nəidi ? hakimiyyətin iqtidarlı bir cinahın siyasət meydanının küncünə sövq vermək və o cinahın rədd etməyin əsas götürmək siyasi ürfdə düzdürmü ?Mehdi Məlikzadə Məşrutə İnqilabı tarixçisinin bu sözü təsdiq eliyən dediyinə baxınız:"nəhayətən nazirlər vasitəsilə Məclisə peyğam verdi ki bu əncümənlər ixtişaşa səbəb olublar və dövlətin əmrlərinin icrası qarşısında maniədirlər , hər zaman Məclis onları məşrutiyyəti himayət edici sanır bilməlidir ki məşrutiyyəti və xalqın huququn qoruyan mən özüməm nə bu bir ovuc hərcimərcsevər adamlar ki əncümən adila bir yerə toplanıb və gərginliyə səbəb olublar.necə ki dəfələr and içmişəm özüm məşrutiyyətin qoruçusuyam və bu əncümənlərə ehtiyac yoxdur və ciddi şəkildə Məclisdən onların pozulmasın istədi . amma onun batini xəyallarından xəbərdar olan Məclis və xalq rəhbərləri cəvab verdilər, konstitusiyanın aydın mətninin eyni əsasında məşrutə məmləkətində yığıncaqlar azaddırlar və Məclis eliyə bilməz qənun əsasında xalqın toplanışların qadağan eləsin yaxud qarşısın alsın."

Nasir – ul – mülkün yanaşması da tam şəkildə onun əhvəl – ruhiyyəsilə uyğundur Nasir –ul – mülk İngiltərədə təhsilalmış və o dövlətin himayəsi altında olanbir simadır ki camadanı ölkədən çıxmağa hazırdır . o şəraitə yetişmək və vəziyyəti tənzimləşdirmək yerinə ,  Şahın cavabın Şura Məclisinə aparmaqdan çəkinir . beləliklə xalqın iki qurupun təmsil eliyən iki cinahın üzləşməsinə zəmin yaranır .

Nayiblər , qulluqçular , yasavullar , mehtərlər , arabaçılar aşpazlar və qatırçılardan bir qurup sadəcə kral evlərinin qulluqçuları 9 Ziqədədə Azərbaycanlılar məscidinə məşhurolan Şex əbd-ul-hüsen məscidində maaşlarının azalmasına etirazda toplanırlar . əncümənlərin üzvləri isə Sipəhsalar məscidində toplanırlar . indi bir qığılcım iki cinahın toqquşmalarının şölələnməsinə kifayət edər . bir iddə şahı toqquşmaların başlıyıcısı kimi taqdim eliyirlər və Eynuddölə kimi başqaları belə inanırlar ki ixtişaşçı bir camaat san ki ora (Sipəhsalar məscidi )- nın vaxtından öncə qəmə ,, qəddarə və tapança ilə eşiyə gəlməyə hazır idilər , hər nə qədər padşah sakit oldu , olmadı, qəmələr və qəddarələr qaldırıldı .Tapança və tufəng idi ki boşaldı . birinci gülləni Əb-ul-sadat atıbdır . çətin bir hadisədir .) Şex Əbd-ul-hüsen məscidinin təhəssünçiləri padşahın yardımına gəldilər və Məclisə doğru güllə atmaqdan sonra Topxana meydanına gedib təhəssün elədilər . əncümənlərin üzvləridə Sipəhsalar məscidi və Məclisdə yerləşdilər . hər gün bir iddə bu iki qurupun sırasına əlavə olurdurlar və onun ətrafı bütün ölkəni bürüyürdü. bir hadisə ki bir az zəka , bədbinlikdən çəkinmə , ifratçılığın qarşısın almaq və qanuni borcları yerinə yetirmək onun hadis olmasının qarşısın ala bilərdi. bu gərgin şəraitdə İngiltərə və Rusiya səfirləri də fəaliyyət göstərdilər və vasitəçi kimi qudrət və nufuzların sabitləşdirməyə çalışdılar .

شناسه مطلب : 1601|
نظرات بینندگان
غیر قابل انتشار : 0
انتشار یافته : 0
نظر شما
نام: *
 
ایمیل :
 
نظر شما: *
 

تماس با ما : 38-22604037(9821+) Info@iichs.org
کليه حقوق اين سايت متعلق به موسسه مطالعات تاريخ معاصر ايران مي باشد.
درج مطالب در سايت لزوماً به معني تاييد آن نيست.
استفاده از منابع اين سايت با ذکر ماخذ مجاز است.