ب
ب

rza şah sarayinin yalqiz məlikəsi

Qəmər –ul – muluk Əmir Süleymani (Turan) Qacar dövrü şöhrətli kişilərindən olan Məcd-ul-dövlə oğlu İsa Məcdussəltənə Əmir Süleymani Övladıdır ki 1283-cü il 15 Bəhmən günü Tehranda dünyaya göz açdı . anası Şəms-ul – muluk Munəzzəh-ul-dölə, dövrün məşhur soylarından və tərbiyədə ...

Nilufər Kəsra

 

Qəmər –ul – muluk Əmir Süleymani (Turan) Qacar dövrü şöhrətli kişilərindən olan Məcd-ul-dövlə oğlu İsa Məcdussəltənə Əmir Süleymani Övladıdır ki 1283-cü il 15 Bəhmən günü Tehranda dünyaya göz açdı . anası Şəms-ul – muluk  Munəzzəh-ul-dölə, dövrün məşhur soylarından və tərbiyədə çox çəhdlı idi. belə ki Turan beş yaşından ev məəllimləri tərbiyəsi altına düşdü, və bu iş on yaşına qədər davam elədi , taki valideyni onu təhsil üçün Namus, orta məktəbinə göndərdilər və Turan orta məktəbin 4- cü sinif (son sinifə) – inə qədər bu orta məktəbdə təhsilə məşğul idi . bu zamanda Rza xan ki taza muharibə naziri mənsəbinə çatmış idi və ölkədə tam qudrət əldə etmək niyyətində idi , ictimai şərəf qazanmaq üçün Qacar soyu ilə qohumluq fikirinə düşdü və Qəcər ricalları qızlarından birilə evlənmək qərarına gəldi . bu iş üçün 180 nəfər şohrətli adamların qızlarından ibarət olan bir siyahı hazırlandı . bu siyahıda xususi şəkildə yazılmışdı, Əhməd Şah sarayının birinci rütbəli ricallarından olan Məcduddölənin gözəl bir nəvəsi var ki təhsil almışdır və muharibə nazirinin həyat yoldaşlığına layiq görünür .pəs Rza xan ki uyğun firsət ardınca idi Qurban bayramı günü o zaman ki bütün nazirlər , ricallar və ölkənin şöhrətliləri salam mərasimi üçün Əhməd Şahın huzuruna gedmişdilər Məcduddöləni bir yana çəkdi və zərafat tərzilə dedi :

   - Məcduddölə cənabları , Qurban bayramında , bizim bayramlığımızı vermirsinizmı?

   Məcduddölə dedi :

   - əgər həzrəti əşrəfə layiq olan bir şey bilirsiniz buyurun tam həvəs ilə ithaf eliyim .

   Muharibə naziri gulumsunən halda dedi :

   - mənə xəbər veriblər ki sizin çox gözəl bir nəvəz var və mən istədim muvafiqət eliyəsiniz ki onu qadınliyimə seçəm.

   Məcduddövlə bu təklif ilə muvafiqət elədi və sabahı gün muharibə nazirinin bacısı və qardaşı qadının Məcduddövlənin evinə getdilər və rəsmi şəkildə məlikə Turanı Sərdar Sipəh (ordu başçısı)-ə elçilik elədilər , gəlin ailəsi təklifi qəbul elədilər və nəticədə Qədir bayramı günü bir halda ki məlikə Turan 17 yaşı və muharibə naziri 47 yaşı var idi nikah bağlama mərasimi baş tutdu .

   Ona və pəhləvi sarayına yaxın olan adamların şahidliyinə əsasən məlikə Turan gözəl bir qadın və öz ruzigarında təhsil almış və tərbiyə olmuş qadınlardan idi . bu çox qısa və uğursuz evlənməyin Rza Şaha hasili beşinci övladı Qulam Rza idi ki h.ş 1302- ci ildə anadan oldu . evlənməyin əvvəlindən , bu qohumluqla muxalif olan məlikə tac-ul-muluk Turan ilə mübarizəyə başladı və belənçi fitnəkar və siyasətçı qadınla qarşılaşmaq qabiliyyəti olmayan Turan tədriclə qırağa çəkildi , belə ki ailəvi ixtilaflar nəticəsində bu evlənmək bir ildən sonra boşanmağla nəticələndi . bu qadın boşanandan 21 il müddətinə qədər Rza Xanın Juhansburqda Ölümünə qədər (h.ş 1323 –cü ilin Xordad ayı) kral sarayı duvarları arasında və pəhləvi ailəsinin yanında yaşadı və təkcə oğlunun tərbiyəsinə cəhd elədi .Rza Xanın ölümündən sonra o Amerikaya gedən oğlun müşayiət üçün Misirə Müsafirət elədi və İrana qayıdandan sonra özünün irsi mülkü olan Əliabadda ziraətə və xeyrxah işlər ilə məşğul oldu . o az sonra Zəbihullah Məlikpur adlı zəngin tacir (h.s 1281-1352) ilə evləndi .

   Evlənəndən sonra onun yaşayışı dəyişikliklə məruz qaldı . o ictimai toplumlarda iştirak elədi və kəlan sərvət sahibi oldu və hətta pəhləvi ailəsinin iqtisadi fəaliyyətləri və Mehrşəhrin Şəms Pəhləvi tərəfindən tikilməsilə yanaşı Turanşəhrin tikməsi fikirinə düşdü (ş 1356) ki onun planının icrası Almaniyalıların əməkdaşliyilə görünmüş idi , amma İslami İnqilab bu soyun artıqtələbliyi qarşısın aldı və onu Parisə qaçmağa məcbur elədi

شناسه مطلب : 1602|
نظرات بینندگان
غیر قابل انتشار : 0
انتشار یافته : 0
نظر شما
نام: *
 
ایمیل :
 
نظر شما: *
 

تماس با ما : 38-22604037(9821+) Info@iichs.org
کليه حقوق اين سايت متعلق به موسسه مطالعات تاريخ معاصر ايران مي باشد.
درج مطالب در سايت لزوماً به معني تاييد آن نيست.
استفاده از منابع اين سايت با ذکر ماخذ مجاز است.