ب
ب

şamsi 1332 – ci il 28 mordad çevrilişində əşrəf pəhləvinin rolu

Şəmsi 1298-ci ilin Aban ayının dördündə Tehranda anadan olan Məhəmməd Rza Şahın əkiz bacısı, Əşrəf Pəhləvi, İranın çağdaş tarixinin şöhrətli simalarındandır . o ki , Məhəmməd Rzaya nisbətən daha çox cəsarət və Şücaətə malik idi , Pəhləvi dövranı tarixinin noqtə - noqtəsində vasitəsiz ...

Nilufər Kəsra

 

 Şəmsi 1298-ci ilin Aban ayının dördündə Tehranda anadan olan Məhəmməd Rza Şahın əkiz bacısı, Əşrəf Pəhləvi, İranın çağdaş tarixinin şöhrətli simalarındandır . o ki , Məhəmməd Rzaya nisbətən daha çox cəsarət və Şücaətə malik idi , Pəhləvi dövranı tarixinin noqtə - noqtəsində vasitəsiz huzuru var idi və pəhləvi padşahlığının qorunub saxlanılmasında çalışırdı . ən əhəmmiyyətli rol ki Əşrəf Pəhləvi , pəhləvi padşahlığının siyasi tarixində oynadı , 1332-ci il 28 Mordad çevrilişi və Doktor Müsəddiqin milli hökümətinin devrilməsi idi.1325-1330 illərində sarayın ən nufuzlu möhrələrindən olan Əşrəf , Müsəddiqin başnazirliyi zamanı onun qarşısında dayandı və anası Tac-ul- mulukla birlikdə Müsəddiq dövlətilə muxalif olan saray cınahın formalaşdırdı . o 16-cı dövr seçkilərində general Pirastə , Əziz Zəngənə və Mənuçehr Teymurtaş kimi özünün əmin olan deputatlardan bir neçəsin Məclisə göndərdi və Milli Cəbhə ilə Qarşıda durdu və Məclis və dövlət işlərində ixtilal yaratdı . o özünün Doktor Müsəddiqin dövlətinin devrilməsində və Qəvamussəltənənin baş nazirliyi uğrunda bütün cəhdin işə tutdu və Şah ilə Qəvam arasında vasitə oldu ta keçmiş ixtilafları azalda . amma şəmsi 1331-ci il 30 Tir hadisələrinin üz verməsi , onun planların pozdu və Əşrəf və pəhləvi məlikəsinin arapozucular və Qəvamüssəltənə ilə əlaqələrinə aid olan faktların və sənədlərin tapılması , Müsəddiqi e’tiraza məcbur elədi . beləliklə Doktor Müsəddiq ikinci dövr baş nazirliyi zamanı , Əşrəf Pəhləvi və Tac – ul – muluk Pəhləvini sürgün elədi amma Əşrəf milli hökumətə qarşı mübarizədən əl çəkmədi və Fransada da yenə Doktor Müsəddiqə qarşı muxalifətə ayaq diriyirdi.beləki Müsəddiq hakimiyyətinə qarşı hərbi əməliyyat həyata keçirmək istəyən İngilətrə dövlətinin qayğısın cəlb elədi . Əşrəf , beynəlxalq toplanışları xususilə özünün Amerikanlı döstları və yardımçılarila əlaqə qurmaqla ,cəhd elədi İranın şəraitin böhranlı göstərə və belə cilvələndirə ki Sovyet dövləti və Tudə partiyası reqionda güclənmək halındadı . nəhayətən Şəmsi 1332-ci ilin yayında iki nəfər Amerikanlı casus nagahdan Əşrəfilə əlaqə qurdular və Dovil kazinosunda onilə görüşdülər . bu görüşdə Əşrəfdən istənildi ta Amerikanlılar ilə Məhəmməd Rza Şah arasında vasitə rolun öhdəsinə alsın və qardaşının padşahlığından himayə üçün addım atsın . beləliklə Əşrəf işə başladı .

   O şəmsi 1332-ci ilin 3 Mordadında icazəsiz Tehrana gəldi və dərhal qardaşının görüşünə getdi, onların görüşləri xususi və gizlin oldu .Müsəddiqin dövləti Əşrəfin Tehrana daxil olmasından xəbərdar olandan sonra dərhal onun Tehrandan çıxmasın istədi və Əşrəf sonku günün sübhündəTehranı tərk elədi . bu müddətdə Əşrəf bütün dostları və yoldaşları ilə əlaqəbağladı və onlardan istədi ta Müsəddiqin dövlətilə mubarizədə birləşələr .

   Saray , Tehran hərbi qubernaturluğunun cavabında e’lan elədi ki Əşrəf oğlunun xəstəxana xərclərinə pul toplamaq üçün Tehrana gəlibdir . buna görə ona 24 saat qalmaq icazəsi verilibdi .

   Əşrəf o görüşdə Məhəmməd Rzaya bir pakat verdi və onu çevrilişin planından xəbərdar elədi . o günün axşamçağı Məhəmmd Rza gizlin Şəkildə S`ədabadda bir nəfər Amerikanlı casusla görüşdü və iki peçetlı , yazılmamış fərman , biri Müsəddiqin əzlinə dair və biri Zahidinin təyin olmasına dair ona verdi və özü kəlardəştə yollandı və oradan bəğdada getdi . 9 gün Əşrəf pəhləvi Tehranı tərk eliyəndən sonra , Ajaks əməliyyatı həyata keçirildi və qısa müddət ərzində Müsəddiq dövləti davrandı . Məhəmməd Rza Şah padşahlığa qaytarıldı . 28 Mordad çevrilişindən sonra Məhəmməd Rza Şah istibdadı dövrü başlandı və Əşrəf pəhləvi isə əhəmmiyyətli möhrələrin biri kimi fəaliyyətlərdə və qərar vericiliklərdə rol oynayırdı və bir növ hökümət eliyirdi .

شناسه مطلب : 1603|
نظرات بینندگان
غیر قابل انتشار : 0
انتشار یافته : 0
نظر شما
نام: *
 
ایمیل :
 
نظر شما: *
 

تماس با ما : 38-22604037(9821+) Info@iichs.org
کليه حقوق اين سايت متعلق به موسسه مطالعات تاريخ معاصر ايران مي باشد.
درج مطالب در سايت لزوماً به معني تاييد آن نيست.
استفاده از منابع اين سايت با ذکر ماخذ مجاز است.