ب
ب

qacar dövrü siyasi çaxnaşmalarinda muqəddəs yerlərin rolu

İnsan yaranmanın başlanışından dunyada çoxsaylı suallara cavab tapmaq ardınca , hər zaman, ondan çətin şəraitdə himayət eliyən və yalqızlıq və təhlükədən qurtaran, qurtarıcı və himayət edici ardınca idi . bu axtarış İran diyarının eniş – yoxuşla dolu olan tarixinin...

Nilufər Kəsra

 

İnsan yaranmanın başlanışından dunyada çoxsaylı suallara cavab tapmaq ardınca , hər zaman, ondan çətin şəraitdə himayət eliyən və yalqızlıq və təhlükədən qurtaran, qurtarıcı və himayət edici ardınca idi . bu axtarış İran diyarının eniş – yoxuşla dolu olan tarixinin başa – başında davam edirdi və İranlılar muxtəlif xalqlar və etnosların hucumu ardınca illər boyu ruhani və muqəddəs kişilərin qəbirlərinə , abidələrinə , Türbələrinə və onlardan qalan əsərlərə gedərdilər və onlara əluzaldıb və özlərin bu muqəddəs yerlərin sığınacağında qərar verərdilər və siyasi təhlükələrdən qurtarardılar . çağdaş əsrlərdə bəst və bəstə girməyə məşhur olan bu muqəddəs  yerlərə əl uzaltmaq tərzi xalqı hakimlərin zülmündən amanda saxlayan, çox əhəmiyyətli və rayic bir hadisə idi . Çünki ötən dövrlərdən alınmış Qacar dövrü İranın siyasi – ictimai isturukturu geniş rəsmiyyətçilikdən faydalanmaqla ölkənin bütün işlərinə əhatəsi var idi . bu piramidin başında şah tam qudrətlə hökumət eliyirdi . o təkcə müraciət edilən şəxs və ölkənin təkcə qərarverici mənsəbi idi və həqiqətdə ölkənin qanunverici quvvəsi , icraedici və məhkəmə quvvəsindən ibarət olan bütün orqanlar onda yerləşirdi . onun yanında sədr əzəm (başnazir) və dövlət adamları ölkə işlərin idarə eliyirdilər. vilayətlərdə və sərhəd reqionlarında şahzadələrə və şahın uşaqları şaha oxşar qudrətlə və onun geniş təşkilatına tay hökm sürürdülər və hamısı şahın ixtiyarında idilər .

Şahın iradəsi bütün qanunlara və istəhlərə üstün olan və heç muəyyən bir qanun insanların himayəsin öhdəsinə almayan belənçi bir cəmiyyətdə dini mərkəzlərin əhəmmiyyəti artırdı və bəst və bəstə girmək rayic olurdu . bu mərkəzlərdən ən əhəmiyyətli olanlardan biri ki Tehranın dar-ul-hökuməsi yanında yerləşirdi Əbd- ul - əzim həzrətlərinin türbəsi və barqahi idi ki Qacar dövrünün əhəmmiyyətli bəstə girmək mərkəzlərindən sayılırdı .belə ki bəstə girən adam ki oraya(muqəddəs məkana)sığınırdı, siyasi və mənəvi himayədə yerləşirdi və heç dövlət və icrayi kimsə, qaçan adam orada olduğu zamana qədər ona əziyyət vermək icazəsi yox idi.

   Deməlidir ki sığınanların və bəstə girən qurupların çoxu qəzəbə məruz qalmış siyasi adamlar idi ki bir sıra səbəblərdən zamanın bir dövründə Şahın yaxud çevrəsindəkilərin qəzəbinə məruz qalmışdır.gahdan bu sığınanlar keçmiş nazirlər və sədr əzəmlərdən ibarət idi ki təzə Şahın taxtda oturduğu zamanıyaxud bir böyük səhv əsərində bəstə girmək ixtiyar eliyirdilər .bu qurupdan Hac Mirza Ağasi , Məhəmməd Şah Qacarın nufuzlu sədr əzəmin ad aparmaq olar ki özünün 13 il sədarəti boyunda bütün ölkə işlərin öhdəsinə almışdır . O Məhəmməd Şah Qacar öləndən dərhal sonra Nasiruddin Şahın anası Məhdi Ülyanın qəzəbi Qorxusundan Əbd-ul-əzim həzrətləri türbəsinə  sığındı və o şəkildə oranın məktəbi zaviyəsində bəstə girdi taki Nasiruddin şahın həmrəyliyin cəlb eliyib və iki çay arasına (iraqa) getdi və bir il sonra hicri-qəməri 1265-ci ildə 68 yaşında orada öldü .

Nasiruddin şahın taxta oturub tacqoymasından sonra , zəkalı və böyük sədr-əzəmi Mirza Təqi Xan Əmirkəbir ki cəsarətlə demək olar Qacar tarixinin comərdlərindən sayılırdı , bütün rəsmivə idari işlərdə bir sıra köklü islahlara təşəbbüs elədi və qəməri 1266-cı ildə bəst və bəstə girmək işin pozdu . amma onun sədr-əzəmlik dövranı çox davam etmədi və bir daha dövlətçilərin və hökumət təşkilatlarının zor və təzyiqilə bu dəb mutədavil oldu . ocur ki Hac Səyyahın xatirələrindən düşünülür əbd-ul-əzim həzrətinin türbəsi o zamanda bir bitərəf və əmn yer kimi saray adamları və dovlətçilər tərəfindən tanınmışdı ta bütün hər səbəbdən siyasi problemlər və muxalifətlərə məruz qalan adamlar bu  yerdə amanda qalsınlar və lazım gəldiyi zaman müzakirə olunsunlar və yaxud zaman keçməklə onların şərayitində dəyişiklik üz versin .

Başqa bir tərəfdən hər zaman hökumət onları sürgün və yaxud xaric eləmək istəsəydi bir fənd ilə onları bəstdən çıxarıb və sonra yeni qərarları icra eliyərdi.Qacar dövrünün görkəmli şəxslərindən olan ki Əbd-ul-Əzim həzrətlərinə sığındı Seyid Cəmaluddin Əsədabadi idi ki bir müddət xalqın və Nasiruddin Şahın diləyilə İrana gəldi amma nəhayətən Şahın qəzəbi qorxusundan Əbd-ul-əzim həzrətlərinə getdi və bəstə girdi . bir az sonra onu bir fənd ilə Əbd-ul-əzim həzrətindən xaric elədilər və təhqiredici bir tərz ilə sərhəddə göndərib və sürgün elədilər .

əbdul-əzim həzrətinin türbə və məbədi məşrutə dövründə isə əhəmiyyətli və muqəddəs yerlərdən sayılırdı . dini alimlər özlərinin mubarizələri gedişində ədalətxana məclisi təsis eləmək Məqsədilə orada bəstə girdilər və oradan öz məktubların müzəffəruddin şaha göndərdilər .

شناسه مطلب : 1604|
نظرات بینندگان
غیر قابل انتشار : 0
انتشار یافته : 0
نظر شما
نام: *
 
ایمیل :
 
نظر شما: *
 

تماس با ما : 38-22604037(9821+) Info@iichs.org
کليه حقوق اين سايت متعلق به موسسه مطالعات تاريخ معاصر ايران مي باشد.
درج مطالب در سايت لزوماً به معني تاييد آن نيست.
استفاده از منابع اين سايت با ذکر ماخذ مجاز است.