ب
ب

dövlət partiyalari və iranin çağdaş tarixindəki yeri 2

II Pəhləvi dövründə dövlət partiyalarının yaradılması fikri, Şəmsi 1332-ci il 28 Mordad çevriliş və Məhəmməd Rza Şahın tam hökumətinin yaranmasından sonra İranda formalaşdı.Hökumətin belənçi partiyaları yaradmaqdan niyyəti , cəmiyyətin siyasi fəaliyyətlərinin nəbzin əldə saxlamaq və sərbəst partiyaların olmamasından əmələ gələn böş yeri...

Nilufər Kəsra

 

İkinci dövr dövlət partiyaları

II Pəhləvi dövründə dövlət partiyalarının yaradılması fikri, Şəmsi 1332-ci il 28 Mordad çevriliş və Məhəmməd Rza Şahın tam hökumətinin yaranmasından sonra İranda formalaşdı.

Hökumətin belənçi partiyaları yaradmaqdan niyyəti , cəmiyyətin siyasi fəaliyyətlərinin nəbzin əldə saxlamaq və sərbəst partiyaların olmamasından əmələ gələn böş yeri doldurmaq idi . amma bu fikir şəmsi 1335-ci ilə qədər başlarda qaldı taki Şahın əmrilə Əsədullah Ələm, Şahın əski yoldaşı Mərdom (xalq) partiyasının yaranmasına məmur oldu . bu partiya şəmsi 1336-cı ildə öz varlığın e’lan elədi . bu partiyanın başçıları çox halda elmi , universitet, siyasi və dövlət adamları idi . bu partiyanın elmi rəhbəri , onun siyasi həyatının sonuna qədər Əsədullah Ələm idi . bu partiyanın sayir təməl qoyanlarından professor Yəhya Ədl, Doktor Pərviz Natel Xanləri , Doktor Musa Əmid , doktor Həsən Sutude Tehrani və doktor Əhməd Fərhadı ad aparmaq olar.

   

Bir il sonra ikinci dövlət partiyası baş nazir Mənuçehr İqbal tərəfindən yarandı (şəmsi 1337) bu partiyanın üzvlərinin çoxu nazirlər , Məclis deputatları, mənsəb sahibləri və rejimin siyasi və idari adamlarından ibarət idi . partiyanın t`əsis edici heyəti , cənablar Mahmud Cəm , İzz –ul-Məmalik Ərdəlan , Hacı Seyid Əsədullah Musəvi, Doktor Məhəmməd Əli Hidayəti , Hesam Dövlətabadi , Məhəmməd Hicazi və Doktor Şahkar dan ibarət idi . bu heyət Melliyyun partiyasının başçılığın baş nazir və partiyanın təsis edicisi Doktor Mənuçehr İqbala verdi . Doktor İqbal özünün birinci partiya iclasında dedi : bugündə dünyada demokratik hökumət ! partiyalar və sosyal təşkilatın yoxluğu ilə mənasızdır .Şahənşah (şahlarşahı) Əmr buyurublar iki partiyalı sistem məmləkətdə bərqərar olsun, o səbəbdən Melliyyun partiyası Mərdom partiyası qarşısında yaradılınır .

   Mərdom və Melliyyun partiyalarının fəaliyyətlərinin yuksək noqtəsi 1339-cu il Milli Şura Məclisinin 20-ci dövr seçkilərilə eyn zamanda cilvələnir. seçkilərin bu dövründə çoxlu saxtakarlıq , bağlaşma və kombinasiya üz verdi . seçkilərin saxtakarlıq sənədlərinin və Mərdom partiyasının azlıq kimi və Melliyyun partiyasinın çoxluq kimi bağlaşmasının aşkar olması ilə seçkilər batil elan olundu və iki partiya etibarın itirdi . beləliklə bir tərəfdən Doktor İqbal baş nazir və ayrı tərəfdən Əsədullah Ələm Melliyyun və Mərdom partiyalarının baş katibliyindən istefa verdilər . və Melliyyun partiyası faktiki olaraq baş nazirin qırağa qoyulmasila aradan getdi. amma Mərdom partiyası solqun şəkildə Doktor Yəhya Ədl və sonra Əlinəqi Kəni , Nasir Amili və Məhəmməd Fəzailinin rəhbərliyilə 1353 –cu ilə qədər meydanda idi və 1342-ci Məclisin 21-ci dövrü və 1346-cı il 22-ci dövr və 1350-ci ildə 23-cü dövrdə İran-e novin (yeni İran) partiyasila rəqabətdə azlıq rolu oynadı .

   Mərdom partiyası öz həyatı dövranında çoxlu ixtilaflar və cinahlaşmaqla üz-üzə idi və nəhayətən 1353- cü ildə bir partiyalı sisteminin yaranmasila aradan getdi      Kanun-e Motərəqqi (Mütərəqqi Ocaq)

   Bu təşkilat bir partiya kimi yox bəlkə bir cəmiyyət kimi şəmsi 1340-cı ildə Amerikalı islahatın havadarı olan gənclərin bir qurupu və bir sıra nazirlər və dövlət adamları o cümlədən Həsən Əli Mənsur və Əmir Əbbas Hoveyda tərəfindən formalaşdı . və Melliyun partiyasının aradan getməsilə , Mərdom partiyası qarşısında olan bir partiya rolunda görsəndi və şəmsi 1342-ci il Milli Şura Məclisinin 21-ci dövr  seçkilərində iştirak elədi bu ocağın yaranması faktiki olaraq İran-e Novin partiyasının yaranmasına ön addım idi ki bir il birqədər bu o caqdan sonra bu üzvlər tərəfindən yarandı .

   Deməliyik ki İran-e Novin partiyasının deputatları Məclisdə çoxluq təşkil verirdilər.

   İran-e Novin partiyası

   Həqiqətdə bu partiya Kanun-e Motərəqqinin ad dəyişməsilə şəmsi 1342-ci ildə yarandı . İran-e Novin partiyası Pəhləvi dövrünün ən böyük və ən davamlı dövlət partiyası idi ki daima bir partiyalı sistemin yaranmasına qədər çoxluq əldə eliyirdi və bir on illikdən artıq partiya fəaliyyətlərindən baş alan bir diasporada öz həyatına davam verdi . bu partiyanın birinci baş katibi Həsən Əli Mənsur idi ki Şəmsi 1342-ci ilin İsfənd ayında baş nazirliyə yetişdi. Mənsurun öldürülməsilə İran-e Novin partiyasının baş katibi muavini, Əmir Əbbas Huveyda partiyanın baş katibi və başnazir oldu . İran-e Novin partiyası şəmsi 1346,1350 illərində Milli Şura Məclisinin 22,23 – cü dövrü seçkilərində Məclisdə çoxluq təşkil verdi və 1353-cü ildə ən böyük və ən çox havadarı olan partiya idi ki Rəstaxiz partiyasına qovuşdu . İran-e Novin partiyasının fəaliyyəti çox geniş idi və mərkəzi komitədən başqa çoxlu komitələr əhatə eliyirdi . bu komitələr : icrai komitə və siyasi bürö, gənclər təşkilatı , qadınlar , kəndlilər , Fəhlələr , Tacirlər , fəhlə sindikatı , həmkarlar ittifaqları və sair asılı təşkilatlar idi .

   Partiya bir sıra dərgilər də ölkənin başa başında yayırdı və Neda-ye İran-e Novion onun orqanı sayılırdı . İran-e Novin partiyası öz kadrların təlim vermək üçün Siyasi elmlər və partiya işləri ali məktəbin yaratmasına təşəbbüs elədi ki Rəstaxiz partiyasında qarışandan sonra, o partiyaya verildi .

   Tehran – Baş nazir cənabları , kopiya, Əla cənabları kral saray naziri, kopiyə daxili işlər nazirliyi, Marağa şəhəri 20-ci dövrü qanun verici seçkilərinə nəzarət şurası , tam bitərəfliyi nəzərə alaraq əminlər və hormətlilərdən formalaşıb və işə başlıyıb və şəhər xalqının əksəri tərəfindən təsdiq olunur. Buna görə ki Əhməd Həmidiyyə cənabları keçən dövrdə yaramaz işlər və sui-istifadə səbəbilə Marağadan tərd olunmuşdu və indi də boş təşəbbüslərlə bir daha özün Marağa xalqına təhmil eləmək istiyir amma içtimai fikirlərin qarşısında özünun qəti məğlub olmasın hiss eliyir və xalq tərəfindən səs verilməməsin görür öz qohumların və asılıların bir neçə nəfərlə əcir eliyib və qondarma tumar (qol toplama səhifələri) ilə Tehrana göndərir və belə hesab eliyir ki eliyə bilər həqiqətləri əksinə göstərsin . buna görə qulluğunuza elan olunur və xahiş olunur onun əsassız etirazlarına və şikayətlərinə əhəmmiyyət verilməsin ta bu rayonun əhalisi asudə fikirlə sizin üçün dua eləsinlər .

   Ayaq ustə şir və günəş markası

   Kitab nömrəsi 591

   2851 və 2852 nömrələr poçta, teleqraf və telefon, nazirliyi

   Hörmətli daxili işlər naziri cənabları, kopiyə: Mərdom partiyasının hörmətli baş katibi Ələm cənabları, kopiyə: Əndişeye Mərdom, kopiyə: Forud cənabları müstəqillərin numayəndəsi , kopiyə: Doktor Əmir Əslan Əfşar cənabları , kopiyə: kəşfiyyat , padişahlıq Əmrlərindən peyrovluqda, Marağa Şəhəri seçkiləri fövquladə azadlıq və dinc şəraitdə başlandı və dünən 10/5/39 tarixdə səs toplamaq işi başa çatdı . Təəsüflə seçkilərin gedişində muxalif partiya ki özünün məğlubiyyətin qəti bilirdi . dövlət amilləri xususilə Şərqi Azərbaycan ustandarı (valisi) seçkilər prosesində qeyri – qanuni dəxalətlər və pozqunluğa başladı ,neçə dəfə telfon vasitəsilə Marağa fərmandarın (qobernatorun) Təbrizə çağırıb və istiyirdilər nufuz yeritməklə və fərmandarı öz seçkilər hövzəsindən uzaq eləməklə seçkilər işində ləngitmə yaratsınlar və bu işə nail olmadan Əhməd Həmidiyyə dövlət partiyası namizədin ixtişaş yaratmağa və umumi nəzmi pozmağa təhrik eliyiblər ki beləliklə şərayiti qeyri- adi göstərsinlər və seçkilərin işin dayandırmağa səbəb olsunlar xoşbəxtlikdən bizim məsləkdaşlarımız, Mərdom xeyrinə səs verənlər umumiyyətdə muxaliflərin hiləkarlığına agah olub heç bir əks-əməl göstərmədilər və heç növ toqquşmadan öz səslərin verdilər indi , dünən ki səs almaq işi başa catıb və muxaliflər öz məğlubiyyətin qəti biliblər başnazir cənabları qanuni icazə olmadan Marağa fərmandarın mərkəzə istəyib və səslərin çixarılması və oxunulması işin dayandırıb indi bunlar sizin xəbərdarlığınınza raport olunur təcili qanuni təşəbbüs xahiş olunur. bu işin gedişi humayuni (padişahın mubarək) huzurlarna və dövlət vəzifə sahiblərinə teleqrarfla ərz olundu.

Marage Mərdom partiyası komitəsi

tərəfindən Haşım Furuzi

Maliyə nazirliyi

İdarə

Tarix …..134

No      43910/22-35631

Zəmimə

   İran-e Novin partiyasının mərkəzi təşkilat komitəsi 42/10/2-5117 nömrəli

   İran İnhisari Tütün malları Muəssisəsi vasitəsilə tütün mallarının amillərə vasitəsiz satışı barədə məktuba cavabda elan olunur .

   Ölkənin rayonlarında illər di ki tütün mallarının satışı yerli tütün malları idarəsi və yaxud maliyə idarələri vasitəsilə həyata keçirilir və satış amilləri əhalinin istehlak elədiyi mali vasitəsiz şəkildə adı gələn idarələrdən alıb və satırlar.Ancaq Tehranın barəsində ki ötən ilə qədər yaymaq işi siqaret yayma şirkəti vasitəsilə həyata keçirilirdi və sazişin başa çatmasila lazım idi yayma tərzi barədə qərar verilə dövlətin ,xalqın işin xalqa tapşırma siyasətin nəzərə almaqla belə qərar verildi ki Tehranda yaymaq işi keçmiş kimi xususi şirkətlər vasitəsilə yerinə yetirilə və əskiltmə elanı yaymaq nəticəsində və qanunları tam şəkildə nəzərə almaqla əskiltmənin aparıcısı muəyyənləşdirilib və o haman bağlanılıb və hal hazırda adı gələn şirkət Tehranın tütün mallarının yaymasına məşğuldur .

Maliyə nazirliyi

No :38635 sənəd

Sıra : H 8975-322-68

 

   
شناسه مطلب : 1606|
نظرات بینندگان
غیر قابل انتشار : 0
انتشار یافته : 0
نظر شما
نام: *
 
ایمیل :
 
نظر شما: *
 

تماس با ما : 38-22604037(9821+) Info@iichs.org
کليه حقوق اين سايت متعلق به موسسه مطالعات تاريخ معاصر ايران مي باشد.
درج مطالب در سايت لزوماً به معني تاييد آن نيست.
استفاده از منابع اين سايت با ذکر ماخذ مجاز است.