ب
ب

Məhəmməd rzanin Fuziyə ilə nikah mərasimi

Pəhləvi sarayının birinci gəlini , Misir padşahı Məlik Fuadın qızı və Məlik Faruğun bacısı , Fuziyə idi . bu evlənmək köksüz pəhləvi soyuna beynəlxalq vichə qazanmaq və orta şərqdə olan İngiltərə tərəfindən təyin olunmuş iki ailə sadəcə Misir padşahı sülaləsi və yeni yaranmış pəhləvi sülaləsi arasında əlaqə yaratmaq məqsədilə baş verirdi və...

Nilufər Kəsra

 

Pəhləvi sarayının birinci gəlini , Misir padşahı Məlik Fuadın qızı və Məlik Faruğun bacısı , Fuziyə idi . bu evlənmək köksüz pəhləvi soyuna beynəlxalq vichə qazanmaq və orta şərqdə olan İngiltərə tərəfindən təyin olunmuş iki ailə sadəcə Misir padşahı sülaləsi və yeni yaranmış pəhləvi sülaləsi arasında əlaqə  yaratmaq məqsədilə baş verirdi və İslam dünyasında birlik yaradırdı . beləliklə əmələ gələn uşaq iki İranlı və Misirli vətəndaşlığa malik idi və bu iş İngiltərə müstəmləkəçiliyinin sonrakı məqsədlərində faydalanırdı . yalnız yerdə qalan problem Misir şahzadəsi Fuziyənin əsil İranlı olmaması idi ki İran vəliəhdilə evlənmək işin çətinləşdirirdi . Çünki Məclisin qərarila İran məlikəsi İranlı olmalı idi . beləliklə belə fikir göründü ki bir sıra qanunların irəli sürüb təsdiqilə Fuziyəni İranlı tanımaq olsun .

Məhəmməd Rza və Fuziyənin namzədliyin İranda elan eləməkdən dər hal sonra , rəsmi nikah mərasimi Misirdə baş verdi və sonra məlikə Nazlı , Fuziyənin anası , Fuziyə və bacıları ilə birlikdə Tehrana gəldilər və dəmir yolu istasyonunda qarşılandılar. Şahın əmri asasında bütün yol arası şəhərlərdə onların keçdiyi yollar və bütün Tehran çirağbanlıq oldu və bütün evlər bələdiyyənin fərmanila təmizləndi. Şahlıq sarayı antik əşyalar ilə bəzənildi və padşahlıq ailəsi mərasim paltarları və aldadan zahırlərlə qəbula hazırlandılar .

Amma bütün bunlarla belə İran sarayı , Misir sarayila muqayisədə daha kasıb və daha köksüz idi və belə zahir bəzəməklər heç zaman bu ixtilafı gizlədə bilməz idi . 7 gecə günüz keçirilən bu çox tamtaraqlı toy mərasimi boyunda iki ailənin mədəni ixtilafları daha çox açıxlandı və çox zamanlar toqquşmaya gətirib çıxardı . aydındır ki bu ixtilafın iki başı Tac-ul-muluk və məlikə Nazlının duşmən münasibətləri əsasında yerləşirdi . Məlikə Nazlı xoşa gəlməz davranışı və Tac-ul-muluka qarşı etinasızlıgila onu acıqlandırırdı, oqədər ki Gülüstan sarayı ləfzi toqquşmalar boyunda , ixtilaflar ovca çatdı və yalnız Misir səfirinin araçılıgı və üzür istəməsilə sona çatdı .

Məlikə Nazlı toy mərasimi başa çatandan sonra sürətlə İrandan çıxdı çünki Rza Şahın ondan xoş urəyi yoxidi və onun davranışı İranlıların baxımında çox yüngül və alçaq idi belə ki  heç çəkinmədən umumi içtimalarda muxtəlif adamlar ilə həmnişinlik eliyirdi .

Beləliklə həssas və utancaq bir qız olan Fuziyə ki fars dilinə tanışlığı yox idi toy mərasimindən az sonra sarayın qudrətli və diqqətli qadınlarının arasında qərar tapdı ki hər əhəmmiyyətsiz problem başında mubarizə aparırdılar . yalnız Misirli sırdaşı yanında olan fuziyə , ya bu qudrətlərin qarşısında baş əyə yaxud onlar ilə mubarizə apara .

Deməli hər iki yol Fuziyəcə rədd olmuş idi çünki onun ailəvi tərbiyəsi elə deyildi ki zordeməyə dözsün və habelə sarayın cari problemləri daha əhəmmiyyətsiz idi ki onun başında mübarizə apara.

Beləliklə o ki Məhəmməd Rzanın anası və bacıları istehzaları qarşısında muqavimət bacarığı yox idi tədriclə (quşənişinlik) elədi və yalnız Misirli qulluqçusu və Misir səfiri qadını ilə ged-gəl eliyirdi , bir iş ki pəhləvi ailəsi onu təkəbbür və dikbaşlıqdan bilib və böyüklər , onun utancaqlığından bildilər .

Bu arada Fuziyənin təkcə himayə edicisi qayınatası Rza Şah idi . Fuziyə hərgün saat 11-də Rza Şah ilə görüş eliyirdi və onilə danışırdı, gahdan Şahın əmrilə ərilə birgə təzə eskizlər o cümlədən xəstəxanalar , zavodlar və sairlərin açılış mərasiminə gedirdilər . yalnız neçə ay evlənməkdən sonra Rza Şahın əmrilə dəmiryolu Sefid Çeşmə istasyonu , Fuziyə istasyonuna dəyişildi və bu ad ilə bir meydan düzəlindi. bu evlənmək ilə dünya miqyasında özünə etibar axtaran Rza Xan oğlan uşağına (Misirli və İranlı vətəndaşlı ) çox ilgili di . amma 5 Aban 1319 –da Şəhnazın anadan olması onun planın pozdu və Fuziyəni sikkənin obiri üzü ilə tanış elədi . niyəki qoca şah qız uşağının təvəllüd xəbərin eşidəndən sonra qaş qabağın yıxıb və öz narazılığın açıxladı . o bir yerdə eşidmişdi ki kral ailəsində birinci uşağın qız olması uğurlu deyil və nəhsdır . illər əvvəl ona demişdilər əgər kral ailəsinin birinci uşağı qız olsa o padşah öldürülər yaxud sürgün olar və təəccüb ki bu əvamcasına falçılıq 1320-ci ildə hadis oldu .

Bu arada dilxorluqlar , muxtəlif adamların danışıqları və sözləri və ən əhəmmiyyətlisi Tac-ul –muluk və Şahın bacılarının sataşmaları Fuziyənin ruhi durumun daha pisləşdirirdi . Fuziyə , Şəhnazın təvəlludundən sonrakı xəstəliyi və Rza Şahın götürülməsindən sonra ərinin qayğısızlığı üçün, istirahət bəhanəsilə Misirə getdi və daha qayıtmadı .

Maraqlıdır ki Fuziyənin Məhəmməd Rzadan ayrılmaq qərarı İran sarayının heyrətinə səbəb olmadı . Məhəmməd Rza əlaqə yaratmaq və Fuziyənin qayıtmağı məqsədilə Doktor Qasem Qəni başçılığilə bir heyət Misirə göndərdi . Doktor Qəni Misirin böyükləri və əyanlarila müzakirə elədi ta Fuziyəni qayıtmağa məcbur eləsin . hətta özü ilə Fuziyəyə xususi peyğamlar ehtiva edən bir sıra məktublar varidi və onun əsasında İran şahı,anası məlikəni və Əşrəfi İrandan xaric eləməyi və sarayın diyasporun birgə yaşayışa hazırlamağı öhdəsinə almışdı .

Amma Fuziyə rəsmi şəkildə elan elədi ki canının qorxusundan İrana gələ bilmir.Çün ki məlikə və Əşrəf onu zəhərləndirmək niyyətində idi . nəhayətən göndərilmiş heyətin cəhdləri nəticələnmədi və Fuziyə daha heç zaman İrana qayıtmadı .

شناسه مطلب : 194|
نظرات بینندگان
غیر قابل انتشار : 0
انتشار یافته : 0
نظر شما
نام: *
 
ایمیل :
 
نظر شما: *
 

تماس با ما : 38-22604037(9821+) Info@iichs.org
کليه حقوق اين سايت متعلق به موسسه مطالعات تاريخ معاصر ايران مي باشد.
درج مطالب در سايت لزوماً به معني تاييد آن نيست.
استفاده از منابع اين سايت با ذکر ماخذ مجاز است.