ب
ب

məhəmməd rza pəhləvi və fərəh dibanin tanişliği və evlənməsi

Məhəmməd Rza Pəhləvinin 3- cü qadını, Fərəh Dibanın həyatı ki Sinderella, Valt Disney nağılının qəhrəmanına bənzərsiz deyil, Şəmsi 1317-ci ilin Mehr ayının 22-də Tehranın Amerikanlılar xəstəxanasında başlandı , Atası Söhrab Diba Azərbaycanın böyük ailələrindən...

Nilufər Kəsra

Məhəmməd Rza Pəhləvinin 3- cü qadını, Fərəh Dibanın həyatı ki Sinderella, Valt Disney nağılının qəhrəmanına bənzərsiz deyil, Şəmsi 1317-ci ilin Mehr ayının 22-də Tehranın Amerikanlılar xəstəxanasında başlandı , Atası Söhrab Diba Azərbaycanın böyük ailələrindən və anası Fəridə Qutbi Gilanın qədim soylarındandır . 9 yaşında atasın əldən verdi və dayısı Məhəmmd Əli Qutbinin qəyyumçuluğu altında qərar tapdı . O təhsillərin Jandark məktəbində davam etdi və orta məktəbi bitirəndən sonra dayısı oğlu Rza Qutbinin ardınca Fransiya getdi ta memarlıq ixtisasında təhsilə məşğul olsun. Orada idi ki şahla tanış oldu və onun qayğısı altına düşdü . Cəhangir Təfəzzuli İranın Fransadakı tələbələri başçısı, bu görüşün barəsində deyir:

Surəyyə, Şahdan ayrışandan sonra , şah belə qənaətə gəldi ki bir İranlı qızı özünün həyat yoldaşı kimi seçsin . o müddətdə ki mən Avropada tələbələrin başçılğı öhdəmdə idi hər mərtəbə ki şah Avropaya gələrdi, hər ölkədə ki İranlı öyrəncilər var idi, bir iddə tələbələr Şahın görməyinə gələrdi və o ölkədəki başçı vasitəsilə onları Şaha təqdim eliyərdim.

Həmin səfərdə bir zaman ki Şah parisə gəldi, bir iddə tələbələr ki çoxu qızlar idi səfirliyə gəldilər . neçə nəfər tələbələr ki Ənuşirvan Puyan kimi seçilmiş tələbələrdən idilər , özüm Şaha təqdim elədim, bir iddə Şahın çevrəsin tutmuşdular ...

   Bu toplumun yanında Fərəh Dibanı gördüm ki özünün yoldaşları birilə ki güman edirəm ermənilərdən idi duvara dayanmışdı və uzaqdan Şahın çevrəsin tutmuş tələbələrin halqasına baxırdılar.

   Mən, Fərəh Dibanı, Şaha təqdim etdim, amma heç belə fikirlə yox ki Şah bəyənmiş ola , neçcə ki olmadı . mən onu buna görə təqidm etdimi ki yaxşı oyrənci idi və Fransis dilin çox yaxşı bilirdi və çox yaxşı danışırdı , demək olar ki Şahın özündəndə yaxşı ki İsveçdə təhsil almışdı və ona nisbət daha yaxşı Fransiscə danışırdı . bu səbəbdən ki uşaqlıqdan Jandark məktəbində təhsil eləmişdi.

   Bu görüşdə şah ancaq neçə an Fərəhlə danışdı və yalnız ondan soruşdu : neçə yaşız var ? nə zaman dı ki Parisdəsizmı və nə ixtisas üzrə təhsil eliyir siniz? Sonra tələbələrin təzyiqilə Fərəh qıraxda durdu və daha Şahın qayğısında qərar tutmadi.

 Amma mali ehtiyac və iqtisadi təzyiq Fərəh Dibanı məcbur elədi ta təhsilin davam vermək üçün Fransisdə olan xeyrxah mərkəzlərdən yardım alsın. Cəhangir Təfəzzüli öz xatirələrinin ayrı bir hissəsində belə deyir:

Bir gün IV Jorj Hotelinin qapıçısı ki mən onun binalarının birində yaşıyıdım dedi : xanım Helu sizlə görüşmaq istiyirlər. təsadufən mən xəstə idim, neçə dəqiqədən sonra hazır oldum və qəbul zalına getdim , xanım Helu ki o zaman İran və Fransis mədəni əməkdaşlıq təşkilatının başçısı idi bir qız ilə birlikdə gəlmişdi ki həman Fərəh Diba idi . təbiidir ki Fransiscə danışırdıq , Madam Helu dedi buna xatir gəlmişik ki siz bu madmazelə ki bu  qədər yaxşı Fransiscə danışır təhsil xərci yaxud təhsil xərci yardımı verəsiniz . mən onun təhsil keçmişindən özündən soruşdum . neçə dəqiqədən sonra Fərəh Diba bir kart mənə verdi ki general Hidayət ordu qərarqahı başçısından idi . bu zabitin mənilə yoldaşçılıqla qarışıq tanışlığı varidi və mən ona hörmət bəsləyərdim. Bu kartda general yazmışdı ki bu kartın daşıyıcısı bir seçilmiş tələbədir və hörmətli Diba ailəsindəndir . onun atası ordunun çox hörmətli zabitlərindən idi ki təəssüflə dünyasın dəyişib və siz mümkün olsa ona təhsil üçün yardım eliyin .

   Mən dedim təəssüflə eliyə bilmərəm sizə belənçi yardım eliyəm və əgər bir yol tapdım madam Helu vasitəsilə sizə xəbər verərəm. Beləliklə Fərəh Diba Fransisdən umudsuz olandan sonra İrana gəldi tə qohumları vasitəsilə təhsili təqaüd qazana .

Bu zamanda Şəhnaz Pəhləvi və həyat yoldaşı Ərdəşir Zahidi bir budcə ixtiyarlarında var idi, yaxşı tələbələr ki öz xərclərin ödəyə bilmirdilər yardım eliyirdilər . Fərəh Diba ki bu problemdən xəbərdar idi yay tətillərin Tehranda keçirən zaman  saray işçisi olan əmisi İsfəndyar Dibanın təqdimilə təhsil xərci yardımı almaq üçün Ərdəşir Zahidiyə müraciət etdi .

 Yanaşma tərzi və Ərdəşir Zahidi verən suallar cavab verməkdə zəkalılığı səbəb oldu dərhal Şahın qızı Şəhnaza təqdim ola və bir neçə dəfə xususi görüş ardınca Şah ilə evlənməyə seçilə .

 Aydındır ki Fərəh Dibanın, atası yaşda kişilə evlənməyə seçilməsi siyasi bir iş idi: O zaman pəhləvi sülaləsi istiyirdi ta özünün mənfur vichəsin ki xususilə  Şəmsi 1332-ci il 28 Mordad çevrilişindən sonra yaranmışdı bərpa eliyə və ölkənin ziyalılarının və gənclərin özü yaxud asılı bir üzəkin çevrəsinə topluya və pəhləvi ailəsinin açıq fikilıq numayişlərin zirvəyə çatdıra. başa bir tərəfdən Fərəh Dibanın ailəvi mədəniyyəti pəhləvi ailəsi mədəniyyətilə uyğunluğu var idi və eliyə bilərdilər bir-birinin yanında dayanalar .

Bu amillərin toplumu səbəb oldu Şəhnaz pəhləvi atasının görüşünə gedə və ona evlənmək üçün bir uyğun seçkinin tapılmasının xəbərin verə . Şah öz xatirələrində bu barədə deyir : "mənin giyəvim bir müddət idi ki əcnəbi ölkələrdə ali təhsilə məşğul olan tələbələrin işlərinə maraq göstərirdi. Bu günlər müddətində xanım Fərəh Diba ilə ki 21 yaş artıq yoxu idi və Fransisdə özünün təhsil işlərinə dair məsləhət üçün ona müraciət etmişdi tanış olmuşdu … Fərəh Xatun 1338-ci il yay tətillərin keçirməyə Tehrana gəldi, bu müddətdə qızım və giyəvım onilə tanış olmuş və ondan şamlamaqa dəvət elədilər . aydın oldu ki Fərəh xatun və qızmın eyn yoldaşları var və çoxlu işlərdə bir – birilə ruhi uyğunluqları var . bir daha Fərəh xatundan dəvət olundu . qızım Şəhnaz bir şərait yaratdı ki məndə o qonaqlıda iştirak edəm … bir həftə bundan sonra ona evlənmək təklif elədim ."

Aydındır ki Fərəh Dibaya görə ki bir adi qız idi bir ölkənin padşahı tərəfindən evlənmək diləyi fövqüladə bir iş sayılırdı .

Xusustilə ki Fərəh Diba illər idi ki mali çətinliklərlə toqquşurdu və ürəyində bu vəziyyətdən qurtarmaq arzusunda idi . Fərəh özü bu barədə deyir :

 Bir kişi ilə evlənmək ki mən və dostlarım ona çox hörmət bəsləyərdıq və dəfələrlə onun yolu üstə dayanıb bayraq tərpədib və şənlik harayı çəkmişdıq gözlənilməz iş idi . birdən birə gərək onu bir adi insan və özümün ərim kimi görəydim, həmidə ona bir iqtidarlı padşah kimi baxaydım. Bu iş bir növ urəyi dənizə vurmaq idi .

Neçə ay sonra 1338-ci ilin Azər ayının 29-da Fərəh Diba Gülüstan sarayında bir tamtaraqlı mərasimlə Şahın nikahına keçdi və padşahlıq sarayına ayaq qoydu ta özünün şansın pəhləvi məlikəsi mənsəbinə yüksəlməyə imtahan eləsin.

شناسه مطلب : 250|
نظرات بینندگان
غیر قابل انتشار : 0
انتشار یافته : 0
نظر شما
نام: *
 
ایمیل :
 
نظر شما: *
 

تماس با ما : 38-22604037(9821+) Info@iichs.org
کليه حقوق اين سايت متعلق به موسسه مطالعات تاريخ معاصر ايران مي باشد.
درج مطالب در سايت لزوماً به معني تاييد آن نيست.
استفاده از منابع اين سايت با ذکر ماخذ مجاز است.