ب
ب

ingiltərə, rza xan və xəzəlin təslim olmasi

Sex Xəzəl, Bəni Kəb qəbiləsindən və İranın İngiltərə yonətimli adamlarından idi ki məşrutə dövründən etibarən, Xuzistan ostanında İranın siyasi hadisələrində əhəmmiyyətli rolu olmuşdu o məşrutiyyət inqilabından havadarlıq elədi və ikinci dünya muharibəsində İngiltərəyə dəyərli yardımlar elədi . beləliklə, o eliyə bildi İngiltərənin tam...

Seyid Mustəfa Təqəvi

 

Sex Xəzəl, Bəni Kəb qəbiləsindən və İranın İngiltərə yonətimli adamlarından idi ki məşrutə dövründən etibarən, Xuzistan ostanında İranın siyasi hadisələrində əhəmmiyyətli rolu olmuşdu o məşrutiyyət inqilabından havadarlıq elədi və ikinci dünya muharibəsində İngiltərəyə dəyərli yardımlar elədi . beləliklə, o eliyə bildi İngiltərənin tam əminliyin özünə cəlb eləsin və o dövlətin arxadurmasila Xuzistanın güclü və taysız hakiminə çevirilsin . Xuzistan kimi neft çıxan və istratejik reqyonun əhəmmiyyəti və mövqein nəzərə alaraq, Şex Xəzəlin olması Britaniyaya çox yüksək əhəmmiyyətə malik idi . amma nəhayətən Şəmsi 1303- cü ildə Rza xan vasitəsilə İranın və Xuzistanın siyasət səhnəsindən silindi .

O zaman ki Rza xan Xəzəlin aradan qaldırmasına əl atdı, Səadət Qiyamı Komitəsinin təhriklərin ona əlamət bildi ki Xəzəl Xuzistanın İrandan ayrılması ardıncadır və İngiltərə dövlətidə bu pis fikirdə ondan himayə eliyir , beləliklə belə göstərdi ki Xəzəlin aradan qaldırması , İranın parçalanmasının qarşısın almaq və İngiltərənin ən əhəmmiyyətli amili və o dövlətin mənfəətlərilə mübarizə deməkdir . Səfər name-ye Xuzistan kitabı təkcə bu baxımın ilqası və əsaslandırması üçün idi .Rza Xandan peyrovluqda , sair pəhləvi sevərlər və pəhləvi yazıçıları da bu iddianın izahında yazıblar və pəhləvi tarixçilik mətnlərindən bir toplumun buna ixtisas veriblər , beləki , çoxlu o kimsələr ki tarixi bilikləri adı gələn tarixçiliyə həsr olub, Şex Xəzəlin siyasi həyatının kino filmindən təkcə 1303-cü il böyüdülmüş və təhrif olunmuş şəkili yadlarındadır və görürlər .

Amma rayic Pəhləvi tarixçiliyindən müstəqil baxım , Xəzəlin aradan qaldırmasından başqa bir rəvayəti var . adı gələn baxımın əhəmmiyyətli fərz olunmuşları budur ki Britaniya dövləti 1299-cu il çevrilişinin həyata kiçirilməsilə və daha bir əmin amilin iş üstünə gəlməsilə ki Xuzistandan əlavə, İranın başa-başından onlara əlverişli olsun, daha yerli cuzi dəstpərvərdələrdən ehtiyacsız olub və onlara artıq və istehlak dövranları başa çatmış bir alət kimi baxırdırlar . bu səbəbdən onların aradan qaldırmasın öz öhdəsinə götürdü və o qədər ki kodota dövlətinin qurulması və möhkəmlənməsindən əmin olurdu , bu yerli dəstpərvərdələrin himayəsindən əl çəkirdi və kodota dövlətin onların aradan qaldırmasında yardım eliyirdi . bu ehtiyatlı və tədrici prosesdə Xəzəl onların ən əhəmmiyyətli və sonuncusu idi . bu baxımdan, Xəzəlin aradan qaldırması nə fəqət İngiltərəyə qarşı təşəbbüs deyildi , bəlkə həqiqətdə , o dövlətin istəyi və onun proqramları və mənfəətləri istiqamətindədir .

Belə nəzərə gəlir ki bu baxımın təsdiqində olan çoxlu subutlardan əlavə , ən azı Britaniya xarici işlər nazirliyinin yayılmış sənədləridə pəhləvi tarixşünaslığında hakim olan baxımı e’tibarsız eliyib və müstəqil baxımı təsdiq eliyir, seçilmiş sənədlərə qısa bir işarələrlə münsifliki oxuculara tapşırırıq .

Lorin 7 Fevral 1924/ 17 Bəhmən 1302, sadəcə bir il Xəzəlin aradan qaldırmasından öncə verdiyi raportda deyir ki, Şex indi üyğunsuz bir şeyə çevrilib ki onun talei əsil mülahizədən ayrılmış olmalıdır və indi əsil mülahizə sabit və birparça İran , Sovyetin Hindustan və Fars körfəzinə olan hədəsinin qarşısında qoruyucu bir duvardır .

O 20 Fevral 1922/1 İsfənd 1300-də bir başqa raportda yazır : Rza Xan o iş ki İngiltərəlilər istiyirdi İngiltərəlilərin əlilə həyata keçsin , İranlıların əlilə eliyə caq.

1301- ci ilin 12 Şəhrivərində o Korzona bir raportda yazır ! daima gərək xatırladaq ki biz ilə İran arası münasibətlərdə əsil norma , Tehrandır .və bu ki İran imperiyasının tam bir parçalığı, tam şəkildə və uzun zaman boyu Britaniyanın mənfəətlərinə bizim yerli xususi dəst pərvərdələrimizin ayrı-ayrı üstünlüyündən daha əhəmmiyyətlidir .

10 Yanvar 1923/19 Dey 1301 başqa bir raportda Rza Xanın bir sıra irəlilişlərindən əmin olandan sonra yazır : indi vaxtı yetişib ki yerli dəst pərvərdələrimiz ilə ilgilərimizi boşaldaq və muharibə naziri (Rza Xan)-a arxa durmaq yəqin ki yerli dostluqlarımızı pozmaq deməkdir ki ən əhəmmiyyətli və ən çətini əlbətdə ki Muhəmmərə Şexi (Xəzəl) dir .

Başqa bir raportda deyib , Rza xan eliyə bilər bizim üçün çox dəyərli olsun və nigərənlığın açıqlıyır ki əgər Rza Xan işlərində uğur qazanmiya , onun düşmənləri Tehranda firsət bilib onu işdən qırağa qoyarlar .

Başqa raportlarda gəlib, Rza Xan hazırlıqdan sonra , İngiltərə məqamlarına əminlik verir ki cənubun uğurlu əməliyyatına hazırdır . onun heysiyyəti təhlükəlidir və cənuba getməlidir .

İngiltərə dövləti isə bu əminlikdən sonra və Rza Xanın qorunub möhkəmləndirməsi probleminin gərəkliyin nəzərə alaraq , nə fəqət tədriclə və hiss olunmaz şəkildə Xəzəlin himayəsindən əl götürdülər, habelə sayir koçərilərin ondan arxa durma qarşısın aldılar və nəhayətən ona Rza Xana baş əyməyə əmr etdilər .

Bunlar bütünlüklə Britaniyanın xarici işlər nazirliyi raportlarında gəlib . numunəvi olaraq . Xəzəlin aradan qaldırılmasına tam şəkildə zəmin yaranandan sonra, onlar ki illər boyu onu mərkəzi dövlətlərlə üzləşmaqda və vergi verməməkdə yardım eliyirdilər , nəhayətən rəsmi şəkildə bir məktubla ona yazdılar ki o mərkəzi dövlətə qarşı üsyan və vergi verməmək səbəbindən , Britaniyanın onun muxtarlığın qoruyan öhdəliklərinə əsaslanmaq haqqın əldən verib, çunki bu öhdəliklər mərkəzi hökumətə vəfadarlıqla şərtlənmiş idi !

Nəhayətən Lorin, İngiltərənin Əhvazda olan konsulluğuna əmr eliyir ki Şexi məcbur eliyə baş əyib Rza Xanın qarşılamasına gedə .

شناسه مطلب : 251|
نظرات بینندگان
غیر قابل انتشار : 0
انتشار یافته : 0
نظر شما
نام: *
 
ایمیل :
 
نظر شما: *
 

تماس با ما : 38-22604037(9821+) Info@iichs.org
کليه حقوق اين سايت متعلق به موسسه مطالعات تاريخ معاصر ايران مي باشد.
درج مطالب در سايت لزوماً به معني تاييد آن نيست.
استفاده از منابع اين سايت با ذکر ماخذ مجاز است.