ب
ب

təbrizin məhəmməd əli şaha qarşi birinci üsyani : şəmsi 1285-ci ilin bəhmən ayinin 15-i/qəməri 1332 –ci ilin zihəccə ayinin 21-i/ miladi 1907-ci ilin fevralin 5-i

Məhəmməd Əli Şah qəməri 1324 –cü ilin Zihəccə ayının 4-ü, Şəmsi 1285 –ci ilin Dey ayının 28-i ,19 yanvar 1907 padşahlığa yetişdi . padşahlıq dövrü qısa və çox gərgin idi . onun tac qoyması sıxıntıların və gileylərin başlanışi idi. tac qoymaq bayramının keçirilməsi...

Azita Liqai

Məhəmməd Əli Şah qəməri 1324 –cü ilin Zihəccə ayının 4-ü, Şəmsi 1285 –ci ilin Dey ayının 28-i ,19 yanvar 1907 padşahlığa yetişdi . padşahlıq dövrü qısa və çox gərgin idi . onun tac qoyması sıxıntıların və gileylərin başlanışi idi. tac qoymaq bayramının keçirilməsi məsuliyyəti iki oğlu Məşrutənin havadarları və müttəfiqlərindən olan, o zamanın baş naziri Müşiruddölə öhdəsində idi .O Məclisin deputatlarından bu mərasimdə müşarikət üçün dəvət eləmədi və onların dilxorluqlarına səbəb oldu. deputatlar hesab eliyirdilər ki Şah onları o mərasimdə hazır olmaqa layiq görmüyüb . Şah ilə Məclisin əməkdaşlığı və işlərin sahmanlaşması ölkiyə lazım idi .amma hər iki tərəfin  hərəkəti bu ehtiyacın ziddinə idi ta o yerə qədər ki qorxusuz üz – üzə durdular . bu arada bir iddə bədbinlik toxumu əkirdilər və ixtilaflara səbəb olurdular,Təbrizin üsyanı bu qurupun təşəbbüslərinin birinci nəticəsi idi .

Təbrizin üsyanının səbəbləri və nə tövr olmasın yoxlamaqdan öncə, uzaq görməklərə və daha yaxşısı İran hadisələrinin gedişinə dair İngiltərə səfirliyinin istəhlərinə bir baxış münasibətsiz deyil . İspiring Rays ancaq 12 gün Məhəmməd Əli Şahın tacqoymasından sonra və Təbrizin üsyanından bir həftə öncə Ser Edvard Geriyə raportda xalqın Şaha nisbət nifrətindən , Məclisin dövlətlə birləşmədə addım götürməməsindən və dövlətin Məclislə ziddiyyətindən danışır və nəticələnir .

Dövlətlə millət arası münasibətləri , əlbətdə ən pis şəraitə gətirib çıxaracaq. Dövlətə aid olan qoca kişilər və işlərdən agah olanlar açıqlıyırlar ki bu xoşa gəlməz şərait vasitəsilə labud savaş və toqquşma baş verəcək. Və o cur ki mən xəbər almışam onların dediklərinin düzlüyün göstərir . necə ki bəzi Məclisin havadarın ki mən gördüm açıqlıyırlar ki dövlətin xəyalı var ki Mclisi bir – birinə  vura və bu isturukturu yığışdıra . baxmayaraq ki bu işin gərgin sonu olacaq və xalqın bütününə ümdə ziyan dəyəcək, hərcimərc və ixtişaşdan başqa nəticəsi olmayacaq Bu uzaq görmaqlar tədriclə həyata keçdilər . 21 Zihəccə/ 15 Bəhmən/5 Fevral Təbrizlilər bazarları tətil elədilər və teleqrafxanaya gəldilər . onların istəhləri Məclis numayəndələri və Tehranın birinci rütbəli Ruhanilərilə Şahın məşrutiyə qarşı təşəbbüsləri barədə müzakirə idi . Təbrizlilər Ayətullah Seyid Əbdullah Behbəhani və Ayətullah Seyid Məhəmməd Təbatəbai və bir sıra Məclis numayəndələrilə teleqrafi müzakirələrdə dedilər ki Tehranın Şəraiti barəsində dəhşətli məktublar əllərinə çatıb . belənçi məktublar bir şəraitdə yetişirdilər ki Tehranda dinc şərait hakim idi və Məclis və dövlət işlərinə məşğul idilər . düzlüklə aydın olmadı məktubların yazanı kimdi . amma bəzilər onların yazanın Təqizadiyə aid bilirlər .Ayətullah Təbatəbai və Behbəhani Təbriz xalqının teleqraflarının cavabında xalqı arxeyin elədilər ki şayiələr yalnız yalandır və Şah tam Şəkildə xalq ilə ayaqdaşdır və Məclis hər gün formalaşır . amma Təbrizlilər qane olmadılar . san ki onların paytaxtın şəraitinə tanınmaz məktublar vasitəsilə əldə olunan xəbərdarlığı  Tehranda yaşıyanlardan çoxdu və yaxından hadisələrlə ilgili və nazirdirlər . hər halda, Təbrizə başçılıq eliyənlər hazir olmadılar xalqı dağıdıb bazarları açalar və bazarların açılmasın 7 diləyin qəbul olunmasila şərtləndirdilər : 1- Şah əl yazması verə ki İran dövləti tam məşrutədir 2- Nazirlərin sayı 8 olsun və lazım olduğu şəraitdə Məclis başqa bir nazirliyin formalaşmasına əmr etsin 3- Xaricilər nazir olmasınlar 4-Hər əyalət və vilayətdə Şura Məclisinin xəbərdarlığila yerli əncumənlər (şuralar) bərqərar ola 5- Fəxri nazirlər olmasın 6- Noz və Primin əzli və Lavros Təbriz gömrukxanasının başçısının həbs olunması 7- Said-ul-mülkün əzli .

O kəslər ki Tehrandan Təbrizin Üsyanının yatırmasına cəhd eliyirdilər onlara söz verdilər ki yarın Təbrizin deputatları Tehrana daxil olandan sonra problemi onlar ilə həll eliyələr. bu və’d ilə Təbriz xalqı pərakəndə oldular . amma sonrası gün bir daha teleqrafxanada toplandılar . Təbriz deputatları Tehrana daxil olmaqla, Muşiruddölənin görüşünə getdilər və xalqın diləyi barədə onlar ilə danışdılar . bu danışığın nəticəsi ixtilafların artması idi , çünki muşiruddölə iddia etdi ki İran döləti məşrutə döləti deyil və Məclisin məsuliyyəti, yalnız qanun vericilikdir . həmrəyliyə yetişə bilmədən qərarlaşdırlar ki 7 diləyi sonrakı gün Məclisdə irəli sürələr . Məclisin təsdiqilə onu Şaha göndərdilər. Məhəmməd Əli Şah Noz və primin əzlilə həmrəylik nişan verdi amma təklif elədi məşrutə sözü yerinə məşrutə sözündən faydalansın .Məclis qarşı durdu bu arada Təbriz xalqı idarələri tətil elədilər . yığım anbarı və silahxananı ələ keçirdilər və şəhər hakimin hədələdilər . Şah nəhayətən əzüddülməlik kimi adamların aralığilə 27 Zihəccə /21 Bəhmən / 11 Fevral bu məzmunla bir əl yazma sadir elədi :

Canabi əşrəf baş nazir : keçmişdədə yazmışdıq ki bizim  özümüz onun imzasın rəhmətlik şahlarşahından aldığımız konstitusiyanın bəndlərinin icrasına qayğıda muqəddəsMəqsədlərimiz  daha çoxdu ki xalq eliyə bilə təsəvvür eliyə və bu aydındır . həman gündən ki adı gələn Şahlar şahının fərmanı sadir olma şərəfi tapdı, Məclis və Milli Şuranın yaranmasına əmr olundu . İran dövləti məşrutə dövlətlərinin sayında konstitusiya sahibi sayılırdı . amma dövlətin qayğısı bu idi ki, nazirliklərin və hökümət dairələrinin və şəhər məclislərinin sahmanlaşmasına lazım olan qanunlar Məhəmməd ,( Allahın salam və sələvatı ona və onun ailəsinə olsun ) şəriətilə uyğun yazılsın və icraya qoyulsun. bizim bu əlyazmamızın eynin müstətab cənablar hücəci İslam səlləməhullah təala və Milli Şura Məclisinə iblağ eliyələr .

İsprinq Rays Şahın barışması səbəbin (dəhşətli hədələyən xəbərlərdə bildim ki hər tərəfdən xususən Təbrizdən yetişmişdi və habelə məşhurdur ki Şaha deyiblər ki fədailər ki İranın qədim adam öldürən tayfalarının məsləkin özlərinə təklif eliyiblər əncümən (şura) Təşkil veriblər .

27 Zihəccə /11 Fevral /21 Bəhmən, Şahın əlyazma teleqrafının yetişməsilə Təbriz xalqı dağıldılar, amma sabahı gün bir qurup teleqraf xanada toplandılar və teleqrafları etibarsız elan elədilər . onlar Şahın , dini alimlərin və İranın ricallarına əmin olmaq yerinə xaricilərin müdaxiləsin istədilər və istədilər ki xarici işlər naziri bütün səfirlərə rəsmi şəkildə İranın məşrutiyyətin elan eləsin. səfirlərdə öz numayəndələrinə teleqraf yolilə xəbər verələr ki hamısı Təbriz Əncüməninə gedələr və rəsmi şəkildə əhaliyə İranın məşrutə olmağın təbrik diyələr . bu dilək Təbrizdədə eliyə bilmədi o qədər içtimai fikirləri cəlb eliyə . dini alimlər , vaizlər və əncümən üzvlərindən bir toplum bu dilək ilə muxalifət və xalqı bazarların açmağına alqışladılar. 29 Zihəccə /13 Fevral /23 Bəhmən Təbrizlilər şəhəri çiraqban elədilər. bu üsyanın nəticəsi kudurət və bədbinlikdən sonra heç nə deyildi .

شناسه مطلب : 254|
نظرات بینندگان
غیر قابل انتشار : 0
انتشار یافته : 0
نظر شما
نام: *
 
ایمیل :
 
نظر شما: *
 

تماس با ما : 38-22604037(9821+) Info@iichs.org
کليه حقوق اين سايت متعلق به موسسه مطالعات تاريخ معاصر ايران مي باشد.
درج مطالب در سايت لزوماً به معني تاييد آن نيست.
استفاده از منابع اين سايت با ذکر ماخذ مجاز است.