ب
ب

istiqrazi bankasi və cəhaniyan ticarətxanasi

Cəhaniyan ticarət və sərraflıq muəssisəsi Qacar dövrü İranın ənetibarlı malivə kredit muəssisələrindən sayılırdı . Bu muəssisə qəməri 1312,miladi 1894 –cü ildə Yəzdin zərtüşti feodallarından olan XosrovşahCəhan və qardaşları Pərviz , Qudərz, Rüstəm və Bəhramın vasitəsilə formalaşdı və ümdə fəaliyyətləri ticari və sərraflıq...

Müzəffər Şahidi

 

Cəhaniyan ticarət və sərraflıq muəssisəsi Qacar dövrü İranın ənetibarlı malivə kredit muəssisələrindən sayılırdı . Bu muəssisə qəməri 1312,miladi 1894 –cü ildə Yəzdin zərtüşti feodallarından olan XosrovşahCəhan və qardaşları Pərviz , Qudərz, Rüstəm və Bəhramın vasitəsilə formalaşdı və ümdə fəaliyyətləri ticari və sərraflıq işlərində mərkəzləşmişdi və tədriclə Yəzd, Tehran, İsfəhan , Şiraz , Kirman , Bəndər Əbbas və Rəfsəncan və habelə Bambai və London şəhərlərində şöbələr dair elədi .Bir müddətdən sonra Cəhaniyanın Amerikadakı təkcə numayəndəliyi Niyu-york Şəhərində açıldı .

Cəhaniyan qardaşları xususilə sərraflıq və pul – kerdit daşınmasında İstiqrazi və Şahənşahi banklarının ciddi rəqibləri sayılırdılar və Məşrutə İnqilabı zamanı və birinci dövr Milli Şura Məclisi numayəndəlrəi tərəfindən Milli bankının yaradılmasın irəli sürmək zamanı bu planın uğurlu olmasında çoxlu cəhdlər elədilər, onların məşrutəçilikdən havadərlığı onlara Məşrutənin daxili muxalifləri tərəfindan çoxlu çətinlik törədilməsinə səbəb oldu . bu arada İstiqrazi və Şahənşahi bankları da kontorol olmuş mali siyasətləri yeritməklə bu ticarətxananın daha çox çətinliklərinə səbəb olurdular . cəhaniyan qardaşları illər əvvəl Şahənşahi və İstiqrazi banklarila çoxlu mali-kredit əlaqələri varları idi . və xususi əlaçıqlıqlar ki xususilə İstiqrazi bankı az və kəlan borcların verməsində özündən numayiş etdirirdi . Cəhaniyan ticarətxanası kəlan pullar o bankdan borc almışdı və hər dəfə ki borclarının ödənilməsində çətinliklə üz-üzə gəlirdi İstiqrazi bankı öz mali siyasətləri əsasında nə fəqət bu ticarət xananı sıxıntıda qoymurdu bəlkə daha çox kredit ona verirdi . bu gediş qəməri 1320-illərin sonuna qədər davam etdi və Cəhaniyan qardaşları nə çox uzaq gələcəkdə xarici banklar tərəfindən onlara yaradıla bilən çətinliklərə qayğısız , daha çox bu banklara mali – kredit baxımından asılı oldular.

Amma bu şərait çox davam etmədi və qəməri 1320-ci illərin sonu boyunda Cəhaniyan ticarətxanası, Ərbab Cəmşid ticarət xanası və sərraflığına tay artan mali böhrana məruz qaldı və demək olar sürətlə pozulub iflasa uğradı .

Həqiqətdə Şahənşahi və İstiqrazi bankları keçmiş illər mali siyasətlərinə baxmayaraq birdən – birə nə fəqət Cəhanbani ticarətxanasına mali etibarları müzayiqə elədilər bəlkə geri düşmüş alacaqlarının tezliklə ödənilməsin istədilər . beləliklə xaricibankların kontrol olunmuş mali siyasətləri ki 1320-ci illərin sonunda Cənaniyan ticarətxanasına çoxlu siyasi və iqtisadi yaradılan çətinliklər o cümlədən bu ticarətxananın görkəmli müdürlərinin şübhəli öldürülməsinə zəmin yaratmışdı, əl - ələ verib bu ticarətxananın sahiblərin varlıqdan saldı .

Beləliklə Cəhaniyan ticarətxana və sərraflığı ki deyirdilər onun ticari- banki fəaliyyətləri , Ərbab Cəmşid iqtisadi muəssisəsindən daha görkəmli idi qəməri 1331-ci ildə iflas elanı elədi və onun fəaliyyəti dayandı və onun təsisedicisi Xosrovşah Cəhan siyasi səbəblər üçün Avropaya sürğün oldu .

İstiqrazi bankının Tumaniyans ticarətxanasila əlaqələri

   Az saylı İranlı sərraflıq və ticarətxana ki fəaliiyyət dövranında İstiqrazi bankının rəqabəti və aydın düşmənliyindən amanda qaldı, Tumaniyans ticarətxanası idi . Tumaniyans ticarətxanası erməni Haratun Tumaniyans adlı bir kimsənin cəhdilə Təbriz Şəhərində təməlləndi və tədriclə ticarisərraflıq və habelə mülkədarlıq işlərində gözə qələn inkişafa nail oldu .

Tumaniyans ticarətxanası xususilə Rusiya ilə çox geniş ticari əlaqələr qurdu və bu gedişdən kəlan sərvət əldə elədi . Haratun Tumaniyans öləndən sonra ən görkəmlisi Əliksandr Tumaniyans olan dörd oğlu atasının yolun davam edib daha artıq özlərinin iqtisadi fəaliyyətlər hövzəsin genişləndirdilər .

Tumaniyansların nağd və qeyri – nağd sərmayalarının miqdarı barədə dəqiq informasiya yoxdur, amma deyiblər ki ancaq ticari işlərdə bazara daxil elədiyi pul 3/000/000 tümənə yetişirdi ki o zamanda kəlan pul sayılırdı . Tumaniyans ticarətxanası Tehran , Təbriz , Rizaiyyə, Rəşt,Pəhləvi (Ənzəli) , Qəzvin, Məşhəd, Səbzvar və Qurqan şəhərlərində və habelə Badkubə , Hacı tərxan , Maskva , Vinə , Berlən , London , Qustəntəniyyə (İstanbul ) kimi xarici şəhərlərdə şöbə və numayəndaliyi var idi. Tumaniyans ticarətxanası birinci dünya muharibəsinin əvvəlinci illərinə qədər ölkənin ənböyük ticari – banki muəssisələrindən sayılırdı və kənd təsərrufatı və mülkədarlıqda da fəaliyyət göstərirdi, amma çoxsaylı daxili böhranlar , və əcnəbi quvvələrinin ölkədəki huzurları və ticari – iqtisadi fəaliyyətlərdə yaranmış kəlan ziyanların ardınca , Tumaniyans ticarətxanasının müdürləri qarşısında ciddi çətinliklər dayandı .

   Rusiya İnqilabının üzverməsi və bu ölkənin sonrakı iqtisadi və siyasi dəyişikəri Tumaniyans ticarət xanasın daha artıq mali böhranlarla üzləşdirdi . xususilə ki bu ticarətxana Rusiyanın muxtəlif Şəhərlərində kəlan pullar nağd və qeyri – nağd şəklində sərmayə qoymuşdu və sovetin taza dövləti butun bu sərmayələri zəbt və müsadirə elədi və eynihalda bu ticarətxananın nağd sərmayələrindən ğözə gələn miqdarı ki borc şəkilində xalqın ixtiyarında qoyulmuşdu təyin olunmuş zamanda ödənilmədi . Tumaniyans qardaşları ki şəmsi 1302 ta 1305 illərində muflis oldular və onların fəaliyyət sahəsi dayandırıldı Rza Şaha müraciətdə bir şikayətçi məktubla (Tarixi muəyyən deyil amma onun padşahlığının əvvəlinci illəri yazılmış olmalıdır ) Fəaliyyətinin prosesi və sonra çoxlu iqtisadi – mali böhranlar ki birinci dünya muharibəsindən Tumaniyans ticarətxanasına üzləşmişdi ona izah eliyib , yardım istədilər onların ərizələrində belə gəlmişdi .

Əlahəzrət Əqdəs Humayun, İran Şahlarşahı mubarək ayağının torpağı ruhlarımız ona fida.

Mubarək ayaq torpağına bu ərizəni təqdim eliyənlər İranlı Tumaniyans qardaşları ticarətxanasının təsisedicilərin varisləridirlər . ticarətxana üzvlərinin dövlət sevərliyi və vətənpərvərliyi padşalıq huzuruza gizlin deyil .Birinci beynəlxalq muharibəsindən öncə Tumaniyans qardaşları ticarətxanası , birinci ixracedici İran malların dünya bazarlarında tanıtdıran ticarətxana idi və səksən il müddətində iranın şimal hasilinin 3-də iki hissədən artığı bu ticarətxana vasitəsilə ixrac olunurdu . beynəlxalq muharibə əsərində bu ticarətxanaya dəyən ziyan və Rusiya torpağında 45 milyon riyal malının zəbt olunması , muəssisənin daxili işləri pozulub , son vaxtlarda ticarətxananın Rus dövlətilə hesablaşması və muəssisənin dövlət borcu altı milyon bir qədər muəyyənləşdirildi və bu borcdan əlavə çox iddələr alacaqlıdırlar və borcların bütününün qarşısında neçə tikə ucuz qimətli mülkdən başqa heçnə yoxdur məgər ticarətxananın başqalardan alacaqları . o cümlədən bu ticarətxananın sovyet dövlətindən 9 milyon riyal Sovyet dövlətinin rəsmi şəkildə aldığı pambığın qarşısında (zəbt elədiyindən əlavə) alacağıdır . acizcasına padşahın mubarək ayaq torpağından xahiş olunur bu mövzuya yetişilməyə əmr buyurasınız .

Bu nökərlərin haqq olmaları mubarək astanaza subut olduğu halda icazə vermiyəsiz bu muəssisənin haqqı aradan gedib , beləliklə ticarətxanının alacaqlı vətəndaşların haqları aradan gedsin . niyə ki əgər Sovyet dövləti aldığı pambığın pulun odəməsə ticarətxana borcların verməyə qadir olmuyacaq . indi əgər o dövlət öz qaydaları əsasında bizim malımızı zəbt eliyib öz yerində , amma bu iki aldığı malın pulun ki bu gün təxminən 20 milyon riyal olan malın pulun ödəməsə bu söz qəbul olunmazdır . bu səbəbdən ki taclı ata və şahlar şahı dövlətindən başqa dayaqımız yoxdur və eliyə bilməzdə olsun , bu ərizəni mubarək astanaza təqdim etməklə padşahlıq əmrin gözlüyürüq .

Tumaniyans qardaşları ticarətxanası Tərəfindən , Mubarək astananın nökərləri , Vartan Tumaniyans , Qriqor Tumaniyans , liyon tumaniyans .

San ki İstiqrazi bankı özünün İranda fəaliyyəti zamanı o qədər rəqabətli siyasət Tumaniyanslarla qarşıda qoymamışdı və bu iqtisadi – kredit muəssisənin ümdə rəqabəti şahənşahi bankila idi . amma buna görə ki onun fəaliyyətinin dayanması və iflasının ümdə səbəbləri Rusiya 1917 oktiyabır inqilabının hadis olması idi onun gətirməsin lazım bildik .

Oxuduğunuz Qacar padşahlığı boyunda bəzi böyük İranlı sərraflar və tacirlərin fəaliyyətindən bir qısaca idi ki nəhayətən İstiqrazi bankıvə habelə şahənşahi bankının təzyiqləri əsərində iqtisadi Fəaliyyətlər meydanından qırağa qoyulub iflasa düşdülər .

شناسه مطلب : 255|
نظرات بینندگان
غیر قابل انتشار : 0
انتشار یافته : 0
نظر شما
نام: *
 
ایمیل :
 
نظر شما: *
 

تماس با ما : 38-22604037(9821+) Info@iichs.org
کليه حقوق اين سايت متعلق به موسسه مطالعات تاريخ معاصر ايران مي باشد.
درج مطالب در سايت لزوماً به معني تاييد آن نيست.
استفاده از منابع اين سايت با ذکر ماخذ مجاز است.