ب
ب

mirza əli əsğər xanin terroru

Mirza Əli Əsğər Xan Ətabəki Əzəm (Əminussultan) İranın Çağdaş tarixinə marağı olanlara tanış bir simadır . o Nasiruddin Şah, Müzəffəruddin Şah və Məhəmməd Əli Şahın vəziri əzəmi (baş nazir) idi və ölkənin idarəsi öhdəsində idi . hətta qudrətdə olmayan zaman nufuzu...

Azita Liqai

 

Mirza Əli Əsğər Xan Ətabəki Əzəm (Əminussultan) İranın Çağdaş tarixinə marağı olanlara tanış bir simadır . o Nasiruddin Şah, Müzəffəruddin Şah və Məhəmməd Əli Şahın vəziri əzəmi (baş nazir) idi və ölkənin idarəsi öhdəsində idi . hətta qudrətdə olmayan zaman nufuzu hadisələrin gedişində təsir qoyardı . necə ki sultan Əbd-ul-məcid Mirza Eynuddölənin baş nazirliyi zamanı onilə ilgili olan şəbəkə xalqı sədrəzəmə qarşı üsyana təhrik və alqışlıyırdılar və Eynuddölənin əzl olunması və Əminussultanın yenidən qudrətə yetişdirməsində pul xərc eləməkdən çəkinmirdilər siyasi həyatında çoxlu eniş – yoxuş gözə çarpırdı .Bu səbəbdəndır ki bir qurup onu İngiltərənin himayə edicisi və bir qurup isə Rusiyanın himəyə edicisi bilirlər . Nasiruddin şah dövründə tam qudrət və istibdadla hökm sürən Əminussultan , Müzəffəruddin Şah dövrundə qudrətin imərəndirmə və siyasi bağlaşmalarla saxlıyırdı . nəhayətən Məhəmməd Əli Şahın səltənəti zamanı məşrutə paltarı əyninə geydi və sədarətə (baş nazirliyə) yetişə bildi . bu əniş-yoxuşlardır ki duz və dəqiq tanımağı onun siyasi davranışı barədə çətinləşdirir .

Olümüdə həyatı kimi ibham haləsində bürünmüşdü hər kimsə onun barəsinə bir fikir söylüyür və yalnız şübhəsiz həqiqət onun terror olması dır .

Bu ki kim onu terror elədi və terrorun əmreliyənləri kimlər idi və nə səbəbdən terror oldu , çoxlu və muxtəlif fikirlər irəli sürülüb . əksər qaynaqlar terror amilin Abbas Ağa adlı Tehran sakini Azərbaycanlı bir gənc sərraf bilirlər ki Heydər Əmi oğlu əməkdaşlığila Əminussultanın öldürülməsinə nail oldu .Həbl-ul-mətin (qazeti) Abbas Əğanın terror amili olduğun subut eləmək üçün Abbas Ağanın Əminussultana hədaləyici məktubun 1325-ci il Zihəccə nömrəsində çapa yetirdi və məktubun tarixinin 10 Rəcəb olmasın iddia elədi . bəzilər belə inanirlar ki Abbas Ağa uğurlu terrorundan sonra qaçmaq halında yaxalanmaq qorxusundan silahla özün öldürüb . başqa fikir budurki Abbas Ağanı Heydər Əmuoğlu öldürüb ki sirlər ifşa olunmasın . hər halda terror Zamanı heçşahid yox idi və heç kimsə terror amilin gözilə görmüyüb havanın qaranlığı və qatilin muttəfiqinin əməkdaşlığı ki güllə açılan anda torpaq göyə səpdi bir səhnədir ki qatilin qəti tanınmasına imkan vermir . Abbas Ağa da terrorun yerindən uzaq bir yerdə qanına bələndi və onun cibindən bu məzmunlabir kağız tapdılar (Abbas Ağa Azərbaycanlı sərraf 41 Xalq Fidaisi Əncüməni üzvü) qatilinAbbas Ağa olmamasına yəqini olanMuxbirussəltənə Hidayət  (Xatirat və Xətərat) kitabında yazır :"3 güllə Ətabəkə dəyir , Abbas adlıda ağzından bir güllə dəyib və arxadanda, dedilər Muinussultanın qapısı qabağı meydanda Məclisin qapısından Əlli addım o tərəflik düşür və yanından Adəmiyyət əncüməni üzvlük kağızı çıxarılır , həkimlər belə təşxis verdilər özü vurmuyub və əgər o qatil idi səbəbi yox idi meydanın o biri tərəfində özün vursun, o da mə`rəkədən uzqa , Ətabək də heçzaman silahlı yanında yox idi Abbas Ağanın bədbəxtliyi bu idi ki orada tək idi ".

Hər halda qalib fikir budur ki Əminussultanı Abbas Ağa qətlə yetirib və ifratçı məşrutəçilər o zamanda onu alqışladılar .

Başqa sual budur ki terrorun amilləri kimlər idi ? şübhəsiz qatilin niyyəti şəxsi deyilmiş və bu işi yerinə yetirməyə məmur olmuşumuş . bu sualada muxtəlif cavablar veriblər . bir qurup belə inanırlar ki Məhəmməd Əli Şah, Dəbirussultan , Muqtədir Nizam, Səni Həzrət və Muəqqiruddövləyə əmr elədi Əminussultanı terror eləsinlər və Muəqqiruddövlə əmri yerinə yetirməyə uğur qazandı . başqa bir qurup iddia eliyirlər (İnqilabın Sirri Komitəsi) terrorun fərmanın verdi , Heydər Əmiöglu öz xatirələrində yazır :"Tehran İctimaiyyun Ammiyyunun gizlin hövzəsi (İran Sosyal-demokrat Partiyasının mərkəzi şöbəsi ) ki rəhmətlik Məlik –ul – mutəkəllimin və Seyid Camal Vaiz də onda Üzv idilər Ətabəkin edamına hökm Verib və Ətabəkin edam hökmün icra edici komitəyə göndərdilər . sirri komitəisə hökmü mənim (Heydər əmi oğlu) başçılığım altında üç-dördnəfərlik manqaya bölünən 12 nəfər terroristdən ibarət olan müdhişə (dəhşətli) heyətə göndərdilər."

Başqa bir qurup terrorun icrasın Azərbaycan əncüməninin sirri komitəsi əmrilə bilirlər . başqaları terror fərmanın Adəmiyyət icmasına aid bilirlər . çünki Ətabəkin öldürülməsindən dərhal sonra , Sadıq Xan, Abbas Qulixan adəmiyyət oğlu və yeddi başqa adam cinayət yerində yaxalandılar . Sadıq Xan etiraf elədi  Ətabəkin qətlinə fərman verən komitə atasının evində qurulub. Nəzmiyyə (polis) quvvələri isə dərhal Məclis başçısı Səniuddölə və Məhəmməd Əli Şahın fərmanila 22 Rəcabin gecə yarısında Abbas Quli Xan,Adəmiyyət icması başçısın yaxaladılar. əlbəttə diqqət lazımdır ki Sadıq Xan uzun muddət əvvəldən Azərbaycan əncüməni üzvü idi və atası evindən uzaqlaşdırılmışdı . İsmayıl Rain yazır Sadıq Xan, Adəmiyyət icmasila mubarizə üçün Təbriz əncüməninin amili imiş . hər hadla Abbas Quli Xan Adəmiyyət 2 gün həbsdə idi və sonra istintaqsız və mühakiməsiz buraxılmışdı .Yaxalanılmaq zamanı, Adəmiyyət icması sənədlərin evindən nəzmiyyəyə apardılar. Beləliklə onun yaxalanması yalnız Adəmiyyət icması barədə bir sıra informasiyalara əltapmaq istəyən onun rəqiblərinə faydalı idi . Sə`duddölə ,Sipəhdar, Fərmanfərma, Əlauddölə və Təqizadədən terrorun təhrik ediciləri kimi ad aparıblar .

Bir qurup isə belə inanırlar ki terror sirri əncümənlərdə nufuz qazanıb və istədihlərin sirri əncümənin məşrutəçi üzvləri tərəfindən həyata keçirilən saray irticaçıları təhrikilə baş verib . Məlikzədə isə umumi yekun vurmaqda belə nəticələnib ki "Azadlıqsevərlər bir tərəfdən və Məhəmməd Əli Şah başqa bir tərəfdən Ətabəki ölümə məhkum elədilər və onun icrasına bir sıra məmurlar muəyyən elədilər . amma azadlıq sevərlər tərəfindən Ətabəkin öldürülməsinə məmur olan Abbas Ağa cəld tərpənib və məmuriyyətin yerinə yetirdi." bu izahlarla belə düşünuruq ki ölkənin ifratçı siyasi cinahlarından bir geniş spektır Əminussultanın terrorunda müşarikətə və məsləhətçiliyə ittihamlanırlar . Əminussultan nə elədi ki siyasi ifratçılar sağdan və  soldan ona tab gətirmədilər ? bu sualın cavabı Əminussultanın terrorunun əsas səbəbin muəyyənləşdirəcək .

Əminussultan 1325-ci ilin Səfər  ayı , 1286-cı ilin Fərvərdin ayı Məhəmməd Əli Şahın xahişilə sədrəzəmlik mənsəbin öhdəsinə götürmək üçün İrana qayıtdı amma Şah bir müddətdən sonra onun muxalifləri sırasına qoşuldu və hətta xalqı bazarları bağlamaq və Əminussultana qarşı üsyan qaldırmağa təhrik eləməkdə əli var idi . Şərəfuddovlə xatirələrində yazır :"son zamanlar bu məsələ qəti olub ki Şah tam şəkildə Ətabəklə kudurəti var idi ..." bəzi qaynaqlar Şah ilə Əminussultanın ixtilaflarının kökün bunda bilirlər ki Şahın təvəqqesi var idi ki Əminussultan eliyə bilə məşrutəni aradan qaldıra . Yəhya Dövlətabadi yazır :"Əminussultan Məhəmməd Əli Şaha vəd verdi Məclisi bir tövr əsərsiz eliyə ki Məclis adamları bekarlaşıb öz işləri ardınca gedələr ama zahirdə onlar ilə gərək ayaqdaşlıq eliyəsən ta mə`yus olmayalar" və ola bilsin ki zahirdə Rəhim Xan Çələbyanlunun yaxalanması hadisəsi üz verənə qədər , Əminussültana inanırdı amma ondan sonra umidsiz olubdur . amma qaynaqların başqa bir hikayələri isə vardır və o buki Əminussultan Məhəmməd Əli Şahın məşrutəçiliyindən əmin olandan sonra sədarətin qəbul eləməyinə hazır oldu və İrana daxil olan zamandan bir təşəkkur edici məktubla Milli Şura Məclisi və məşrutə ilə ayaqdaşlığın bildirdi . dövlət heyətin Məclisə təqdimeliyən zaman isə yenidən Şura Məclisinə təəhhüdün bildirdi, habelə Məclisi məşrutənin qorumağının gərəkliyinə dair Şah ilə müzakirələrin  gedişindən xəbərdar elədi .

Şahın Əminussultandan ürəyi soyumaqa qaynaqlarda gələn başqa bir səbəb Əminussultanın qudrət tələbliyi barədə şayiələrin yayılmasıdır . məsələn bu ki Əminussultan Şahı qırağa qoymaq və Qacar sülaləsindən bir nabaliğ kimsəni padşahlığa yetirmək və özü nayibussəltənə kimi ölkəyə hökumət eləmək niyyətindədir . hər halda əhəmiyyətli budur ki Şah Əminussultandan naumid olub və onun istefasın istiyirdi . Mustəşaruddövlə 26 Cumadiussani 1325 tarixdə Siqət-ul-islama bir məktubda yazır :"Əminussultan barəsində muxtəlif adamlar tərəfindən, muxtəlif niyyətlər bir yerə toplanıb , Sə`duddövlə, Şah , Eynuddövlə və Əmir Xan Sərdar, bazarın bağlanmasın planlaşdırdılar ta bəlkə Əminussultanın istefasila nəticə alalar ."

Aydındır ki hər halda saray cinahı Əminussultani məşrutəçiliyə ittihamlıyırdı , eyni halda Əminussultanın başqa muxaliflərin Təqizadə , Məlik-ul-mutəkəllemin və Seyid Cəmal kimi məşrutəçilər təşkil verirdilər . Təqizadə Milli Şura Məclisində demişdir Əminussultan onun ləqəbi deyil bəlkə ona Xainussultan gərək diyəsən . onlarda Əminussultanın qırağa qoyulmasına heç işdən çəkinmədilər . Həb-ul-mətin , Ruh-ul-qodos, Təməddun və sair qazetlərdə onun tənqidində məqalələr yazmaqla və onu sədarəti dövrü xaricilərə verdiyi imtiyazları izah eləməklə ondan Rusiya siyasətindən asılı , qudrəttələb və mənfəəttələb sima numayiş etdirməyə cəhd eliyirdilər "Qeyrət" , "Lisan-ul-həqq" , "Lisan-ul-xəlq" , və "Lisan-ul-qeyb" adlı həlməşikli gizlin bəyannamələr Əminussultana söyüş verməklə xarici xəbər agentliklərindən teleqrafi xəbərləri rəvayət eliyirdilər . muxaliflərin bu qurupu isə xalqı üsyana təhrik eləməkdə rolu var idi .

Xoyda Qafqaz mücahidləri asılıları şəhəri üsyana uğratmaq və teleqraf göndərməklə onun istefasın istiyirdilər və hətta onu ölümə isə hədələyirdilər .Bu qurupun Əminussultana əsas iradı bu idi ki onu məşrutə ilə muxalif və istibdadi quruluşun havadarı bilirdilər .Mirza Əli Şeydayi Milli Şura Məclisinin numayəndəsi 18 Cumadiussani tarixli Həbl-ul-mətin-e Kəlkətədə bir məqalədə yazır "heç növ dəyişilmiyib bəlkə kinəsi xalqa artıb və tamahı çoxalıb."

Bir iddə onu məşrutəçiliyə ittihamliyirdilər və bir qurup onu məşrutə ilə muxalif olması üçün tərd eliyirdilər . amma o həqiqətən nətövr idi ?Şübhəsiz Avropa müsafirətindən öncə o istibdadçıların sırasında idi amma onilə yaxından əlaqəli adamların rəvayətinə əsasən Avropa müsafirəti onda çoxlu əsər qoyub . Müxbirussəltənə Hidayət yazır :"kürənin dövrunə Ətabək ilə musafirət elədim onun birinci və sonuncu fikirlərin bilirəm, Şübhəsiz Ətabək Məclisə fida oldu."

Abbas Quli Xan Adəmiyyət Şura Məclisi başçısına bir layihədə Əminussultan barəsində yazır "aydın səbəblərə əsasən eliyə bilərəm diyəm bu kişi son müsafirətindən qayıdandan sonra tərəqqi pərvər xalqa xeyrxah və məşrutəçi millət sevər və Milli Məclisin himayə edicisi olmuşdur . necə ki okişi İslam qaydası üzrə hamıya dini and içmişdi ki bütün quvvələrin İranlı etnosların asayişinə və İranın irəliyişinə sərf edə." Şərəfuddölə isə bunu nəzərə alaraq ki inanır Abbas Ağa millət pərəstilikdən və bu səbəbdənki Ətabəki istibdadçı və məşrutəyə qarşı bilirdi onu terror eliyibdir yazır (hər halda heyif və qənimət idi onun tayı İranda yoxdur . beçara hazır olmuşdu tam sədaqətlə öz xalqına xidmət eləsin . Mirza Fəzləli Ağa birinci dövr Məclisin depudatı isə deyir ki Əminussultan Avropadan qayıdandan sonra əvvəlki Əminussultan deyildi və onun cəhdi İrana və xalqa qulluq eləmək idi. Mirza Məlkəm isə onun dəyişiklərinin təsdiqində İranda fikir daşlarına və havadarlarına məktublar yazdı və onlardan istədi ona yardım eləsinlər . beləliklə muxalif məşrutəçilər baxımından onun cürmü məşrutə ilə muxalifət idi . amma onun qısa baş nazirliyi əmək kitabçası göstərir ki onun məqsədi milli birlik yaratmaq idi .

Əminussultan istiyirdi məşrutəçilər və muxalifləri toqquşmaları meydanı arasında dursun və ağsaqqallıq və araçılıqla iki qurup arasında saziş yarada və dincliyi və təhlükəsizliyi ölkəyə qaytara .Əminussultan düzlüklə düşünmüşdü ölkənin sahmansız şəraitində heç islahi proqramın irəli sürməsi mümkün deyil . Əminussultanın təşəbbüslərin dərk etmək üçün İranın şəraitinə bir qısa baxış lazimdır .

İngiltərənin İrandakı muxtar nazirinin ölkəsinin xarici işlər nazirinə raportları İranın ətəin bürüyən böhranı tam şəkildə əks etdirirdi . əgərçi bu raportlarda hucumun iti ucu saray adamları və dövlətə yonətilib sair qaynaqlara istinad eləməklə subut etmək olar ki bütün problemləri bir qurupa nisbət vermək doğru deyil və əgər göy kitabın raportlarında belə yazılıb , onun səbəbi İngiltərənin niyyətlərində gizlindir amma bu raportlar şərayiti numayiş etdirməyə əminolmalı qaynaq deyil .

İsprinq Rays 19 iyul/8 cumadiussani /27 Tir raportunda İranın bir ay keçmiş şəraiti barəsində yazır :"Bütün məmləkət pis şəraitə düşüb və keçən aydan onun umumi şəraiti daha pisləşib , istibdadçılar öz niyyətlərin irəliləşdirmək üçün saxta qurğu və vəsaitlərlə, Tehran ixtişaşın yaraddılar . baxmayaraq ki dövlət pulsuzluq izhar eliyir və saxta cəmiyyətlər hər gün yaranır ." ardınca artırır sərraflardan bir qurup dövlətdən keçmiş alacaqların almaq üçün Əminussultanın evində təhəssün elədilər və dövlət işçilərindən bir qurup isə topxana meydanında toplaşdılar ki Əminussultanın haqqlarının ödənilməsi barədə vədlərilə toplantıya son qoydular .

Raysdan bir başqa raport, çadırda yaşayan tayfalar Azərbaycan və kirmanşah əhalisinin üsyanı barəsindədir və bir başqa raportda İranın iqtisadi şəraiti barəsində yazır :"İranda ticarət işləri hər tövr fikirə çata umidverici deyil , çünki siyasi şərait o qədər qaranlıq və mübhəmdir ki ticarətin ziyanı onun ehtimali qazancila heç uyğun deyil . indi sisasi işlərdə olan gərginlik və pulun bazarda kəsadlığı və yolların təhlükəli olmaları , ticarət o yolilə ki xatircəmlik hasil ola imkansızdır." başqa bir tərəfdən daxili çətinlikdən əlavə Osmanlı quvvələrinin İrana hucumu isə çətinliklərə artırdı . Əminussultan belənçi şəraitdə məsuliyyət qəbul elədi . o üsyanları yatırmaq və Osmanlının təcavüzun dəf etmək üçün pula ehtiyacı var idi ta qoşunu hərəkət eləməyə və döyüşməyə razi eliyə . amma dövlətin mali şəraiti hər zamandan daha pis idi . ostanların vergiləri toplanılmamışdı . kəndlilər torpaq sahiblərinə torpaq rentası vermirdilər və Şura Məclisi isə torpaq rentası barəsində uyğun bir qərara gələ bilmədi . dövlətin gəlirinin bir hissəsin təşkil verəngömrük gazancları isə ziyan görmüşdü, artıq gömrükün Belcikalı başçıları onlara qarşı yaranan diyasporanı nəzərə alaraq dövlətə gəlir yarda bilmirdilər . bu səbəbdən Əminussultan Milli Bankının yaradılmasının himayə edicilərdən oldu ta eliyə bilə milli borc yolilə bir yerə qədər dövlətin mali ehtiyacların təmin eliyə muxalif qazetlərin hucumları hələdə davam eliyirdi. Onlar onu ixtişaşların və ölkənin sahmansızlıqları kimi təqdim eliyirdilər . Ruh–ul–qodos bir məqalədə yazdı "İstibdad dövründə ölkəni ənyaxşı şəkildə və son dərəcə intizam və təhlükəsizlikdə idarə eliyən Əminussultan nə səbəbdən bugün bu işin öhdəsindən gəlmir ?"

Həqiqətən muxalif qazetlər məşrutədən sonra gərgin şəraiti nəzərə almadan Əminussultanın dövlətinə hucum çəkirdilər . İran qazeti tənqidçi qazetlərə cavabda dövləti müdafiə eliyərək yazdı ixtişaşların təhlukənin və şərirlərin baş qaldırmalarının səbəbi xalqın Məclis numayəndələrinin seçməsində iki qurup olmaları idi və dövlət əmin amansızlığı aradan qaldırmağa və xalqın problemlərin həll etməkdə geniş cəhdlər aparıb və Ətabəki Əzəmin cəhdilə , Təbriz , Ərdəbil, Gilan , Fars , Kirmanşahan və Ərak ixtişaşları tədrilə dincliyə uğruyub və təhlükəsizlik yaranıb .

Əminussultan bir tərəfdən mali arxasızlıqla , maaşları geri düşməkdən şikayəli olan qoşun, polis və dövlət işçilərin vəd ilə razılaşdıra , başqa bir tərəfdən sakitliyi şəhərə qaytarmağa cəhd eliyirdi əgərçi bu iş valilərin qudrətlərinin əncümənlər tərəfindən aradan gedməyilə imkansız nəzərə gəlirdi .

Onun başqa bir təşəbbüsü , Məclis numayəndələrinin nəzərin cəlb edib və anlaşmağa yetişmək idi . bu işdə isə uğur qazandı və Məclisin çoxluğu onun himəyəçisi oldular , amma Məclisin azlığı onilə sazişə hazır olmadılar . Yəhya Dövlətabadi yazır :"Hər nə qədər Əminussultanın nufuzu Məclisdə artır bu toplum (məclisin azlığı) sözü alçalır iş bir yerə yetişir ki daha icazə vermirlər Təqizadə və yoldaşları Məclisdə nitq eləsinlər bəlkə ... belə qərara gəlirlər Təqizadəni Məclisdən eşiyə çıxartsınlar."Azlıqlar isə əncümənlərin gücünə arxalanaraq Məclisi təzyiqə məruz qoyurdular . bu niyyət ilə ki Əminussultan sədarətdən kənara çəkilə amma o istefa verməyə hazır olmadı , Kəsrəvi onun dayanması barədə yazır "xalqın bu hamı təzyiqilə belə, Ətabək və ayaqdaşları , qırağa çəkilmə fikrində deyildilər ...və xalqın şuluqluğun azaltmaq üçün tədbir arıyırdı və ust-ustə xalqın fikrinin əksinə olaraq dayanmaq fikirində idi." xalq Kəsrəvinin baxımında əncümənlərin üzvləri idi , çünki dediyimiz kimi Məclis numayəndələrinin çoxu Əminussültan ilə əyaq idilər . Kəsrəvi isə bu mövzuya etiraf eliyir və yazır :"o tərəfdən necə ki görəcəyiq Məclis isə onun havadarı idi və numayəndələrin çoxu onun hiləkarlıqların görə görə ona arxa durmaqdan əl çəkmirdilər .) maraqlıdır məşrutəçilik iddia eliyənlər və Məclis havadarları sanki demokratik quruluşlarda Məclisin davranışından düz idrakları yoxdur . onlar bunu nəzərə almırlar ki Milli Şura Məclisi numayəndələri xalqın muxtəlif siniflərinin seçilmiş numayəndəsi sayılır və onların səsi numayəndə seçən xalqın istəyin təmsil eliyir beləliklə Məclisin çoxluğunun fikirin gərək xalqın çoxunun fikiri bilib ona baş əyəsən .

Əminussultan bütn muxaliflərilə əlaqə bağladı o hazır oldu Adəmiyyət cəmiyyətində məşrutəyə and içsin, hətta terrorundan irəli gün İngiltərənin muxtar naziri İspirinq Raysın görüşünə getdi və və`d verdi eliyəbilə şəraitə qalib gəlsin amma İngiltərənin bu məzmunlu təklifin ki təəhhüd eliyə bundan belə Rusiya və İngiltərədən xəbərsiz heç xarici dövlətdən borc istəmiyərədd elədi . Ətabək şahın isə görüşünə getdi və ondan məşrutə və konstitusiyanın təsdiqində əlyazması aldı və Milli Şura Məclisində oxudu . bu təşəbbüslə istiyirdi Şah və Məclisin ixtilafın və bir-birilə bədbinliyin aradan qaldırsın və zahirdə uğurlu oldu amma düz haman gecə Məclis qapısı qarşısında onu terror elədilər .

Əminussultanı aradan qaldırmaq istiyənlər həqiqətdə İranın siyasi quvvələrinin anlaşmalarının muxalifi idilər . Əminusultanın ölümündən heç daxili qurup xeyr aparmadı . onun terrorundan ta Şura Məclisin topa bağlıyana qədər işlərin gedişi ifratçıların əlində idi və məmləkət hər gün ged-gedə ayrılıq və toqquşma ənişində irəlilədi amma bu gərgin şərait İngiltərə və Rusiya dövlətlərinə istənilən idi . zəminləri neçəil öncə tədarük olunan 1907 muqaviləsi, qəməri 22 Rəcəb 1325/31 Avqost 1907-də imzalandı və rəsmiləşdi və bu düz haman gecə idi ki Əminussultan terror oldu.Daha İranda bu muqaviləyə etiraz eliyəbilən dövlət yox idi və neçə ay ondan sonra isə Şah və Məclisin təsdiq elədiyi və məmləkət işlərin idarə eliyə bilən dövlət iş üstə gəlmədi . İsprinq Rays, Edvard Geriyə bir raportda yazır :"şərait pisləşib və ölkənin nizamsızlığı Ətabəkin ölməsilə artıb" Eynussəltənə isə xatirələrində şəraitin nizamsızlığına və qat-qarışıqlığına işarə eliyir o hətta 1907 muqaviləsi barədə yazır :"Rusiya və İngiltərə Ətabək öləndən sonra İran barəsində bir müsalihə eliyiblər öz aralarında bölüşüblər . muahidə imzalanan saatı İranın zaval və dağılma tarixi kimi tanınmalıdır ." həqiqətdə İranın sahmansız şəraitinin həqiqi aparıcısı İngiltərə və Rusiya idilər ki İran dövləti tərəfindən ciddi etiraza rastlaşmamış eliyə bildilər məqsədlərinə nail olalar .

شناسه مطلب : 256|
نظرات بینندگان
غیر قابل انتشار : 0
انتشار یافته : 0
نظر شما
نام: *
 
ایمیل :
 
نظر شما: *
 

تماس با ما : 38-22604037(9821+) Info@iichs.org
کليه حقوق اين سايت متعلق به موسسه مطالعات تاريخ معاصر ايران مي باشد.
درج مطالب در سايت لزوماً به معني تاييد آن نيست.
استفاده از منابع اين سايت با ذکر ماخذ مجاز است.