ب
ب

pəhləvi dövrü qadinlari , əşrəf pəhləvi

Əşrəf Pəhləvi Məhəmməd Rza pəhləvilə eyn zamanda Şəmsi 1298-ci ilin Əban ayında Tehranda dünyaya göz açdı . atası Rza Xan qazzaqxana polkovniki və anası Tac-ul-muluk Ayrımlu, Teymurxan ayrımlu, Qazzaq ordusunun yuksək rütbəli mənsəbsahiblərinin qızı idi...

Nilufər Kəsra

 

Əşrəf Pəhləvi Məhəmməd Rza pəhləvilə eyn zamanda Şəmsi 1298-ci ilin Əban ayında Tehranda dünyaya göz açdı . atası Rza Xan qazzaqxana polkovniki və anası Tac-ul-muluk Ayrımlu, Teymurxan ayrımlu, Qazzaq ordusunun yuksək rütbəli mənsəbsahiblərinin qızı idi . Əşrəf dünyaya gələndən sonra Zəhra adlandı . və padşahlığa çatandan sonra Əşraf-ul-muluka ləqəbləndi və Əşrəf adlandı.

Əşrafin xatiratından məlum olduğu kimi o uşağlığda ata anasının qayğısızlığı və məhəbbətsizliyinə məruz qalır . o əvvəlcə təhsillərin xususi məəllimlərin yanında aldı və Fransis dilin Madam Ərfənin yanında öyrəndi. Sonra Ənuşirvan Dadgər orta məktəbinə getdi və 16 yaşına qədər orada təhsil aldı. 17 yaşında atasının əmirlə  Əli Qəvam ilə evləndi və ondan bir oğlan sahibi oldu . amma ər-arvad arasında mehribanlıq yaranmadı və hər ikis atasının həyatına qədər bu yaşayışı davam etdirdilər.

Əşrəf cəsarətli, qudrətsevər , qururlu və xoşkeçirən qadın idi və bacısı şəmsin əksinə olaraq siyasi işlərə eşq bəsləyərdi . O atası İranda olduğu zamana qədər (1320-ci ilin şəhrivər ayı) bütün siyasi işlərdə müşarikətdən qadağan idi , atası qırağa qoyulandan sonra (1320-ci ilin Şəhrivər ayı) dərhal atasından ayrışıb və anasının köməyilə bir sıra qurupların yaratmasına əl vurdu tə eliyə bilə onlardan özünün icra amilləri kimi faydalana və hakimiyyətdə müdaxilə eliyə . O cümlə bu adamlardan Əbd-ul-hüsen Həjir , Doktor Mənuçehr İqbal , Cəlal Şadman, Nüsrətiyan , Abbas İskəndəri , Həsən Əkbər və Rəzmaranı ad aparmaq olar .

Əşrəfin fəaliyyəti hövzəsi ged-gedə artırdı, belə ki şəmsi 1330-cu ildən və doktor Müsəddiqin güclənməsindən sonra zirvəyə çatdı və əşrəf sarayın Müsəddiqlə mubarizədə dirəkə çevrildi . onun bu barədə fəaliyyəti o qədər idi ki Müsəddiq zorla onu və anasın İrandan sürgün elədi . amma Əşrəf yerə oturmadı.

O Parisdə olduğu zaman, Qəvamla əlaqə bağladı və Müsəddiqin çevrilişi və Qəvamın baş nazirliyinə zəmin yaratdı . amma Qəvam bütün siyasi hoqqalar və sarayın himayələrilə bir qısa zaman baş nazir mənsəbində qala bildi və bir daha Müsəddiq xalqın himayəsi altında hakimiyyətə çatdı . Əşrəf Şəmsi 1331-ci ilin ortalarından belə gənaətə gəldi ki özünün bütün cəhdin Müsəddiqin hökümətinin çevrilməsində işə tuta . O İngiltərəli və Amerikanlılarla danışıqa girdi və onlarda bir hərbi çevrilişin fikirin yaratdı. O Londonda işləri hazırlamaqla öz adamları vasitəsilə Tehranda bir sıra təşəbbüslər elədi və bir iddə köməkləri o cümlədən Rəşidiyan qardaşları lazım olan şəraiti yaratdılar .

Şəmsi 1332-ci il 28 Mordad çevrilişindən və Pəhləvi padşahlığının yenidən iş üstə gəlməsindən sonra Əşrəf qardaşının diləyilə Avropada qaldı və ayda 5ooo $ maaş aldı . 8 aydan sonra Tehrana qayıtdı və eyni şəkildə amma daha geniş siyasi işlərdə müdaxiləyə başladı . O Kral Xidmətləri Təşkilatı və İran Qadınlar Təşkilatının başçısı kimi pəhləvi soyunun ən nufuzlu adamlarından sayılırdı və bütün siyasi və iqtisadi işlərdə müdaxilə eliyirdi beləki ölkənin əksər siyasi adamları onun əmrlərinin həyata keçirməsində cəhd edirdilər .

Əşrəf maldövlət toplamağa çoxlu marağı var idi və narkotik maddələrin qaçağında müşarikət və mafiyayi beynəlxalq təşkilatlarla əməkdaşlığı var idi . O antik əşyaların qaçağında , şəhərcik tikmə zavodların bankların və şirkətlərin isturukturunda müşarikət kimi işlərdə fəaliyyət göstərirdi, beləki öz dövrünün ən dövlətli qadınlarından sayılırdı . O keçmiş rejimin son illərində İranın B.M.T –dəki nümayəndəlik heyətinin başçısı kimi təyin olundu və neçə ay rejmin çevrilişindən öncə Amerikaya gedib orada sakin oldu.

Baş nazir cənabları (Cəmşid Amuzqar)

Hörmətli dost, indi ki Tehranı tərk eliyirəm istədim bu məktub vasitəsilə sizlə vidalaşam həmidə bir söz ki mənim özümün marağımdır sizə xatırlayam , labüd siz İsveçin BBC şirkətinin Ə’lahəzrət məhzəri diləyindən ki sizə irca veriblər xəbərdarsız amma bəlkə xəbəriniz yoxdur ki bu iş şəxsən mənə aiddir və bəlkədə heç gərək sənə demiyəydim, amma bunu nəzərə alaraq ki səni özümə çox yaxın bilirəm və sizin sədaqətizə əminəm istədim xatırlayam ki biləsiz və bu işin irəliləməsində mümkün olduğu qədər yardım eliyəsiz ki yarın həyata keçirilə . Mən o gün eliyə bilmədim sizilə düzgün danışam amma mənim yaşayışımın şəraiti çox qatma-qarışıq və qolaydır və bu iş ola bilsin səbəb ola yaşayışın ağırlğı bir az yüngülləşə, ona görə xahiş eliyirəm o iki eliyə bilirsiniz bu işin irəlişində əsirgəmiyəsiniz, əlbətdə bu mövzunu sizbilirsiniz və mən və siz özüz, bü səbəbdən xahiş eliyirəm bu məktubu oxuyandan sonra dərhal cırasınız.başqa söz ki unuddum o gün sizə diyəm mənim orqanımın mövzusudur ki həqiqətən maddi və mənəvi yardıma kəskin ehtiyacı var . müsafirətdən qayıdandan sonra sizlə bu barədə geniş şəkildə danışacaqam amma bir söz ki təcilidir bir (miqdar) dollar puldur ki gərək onun beynəlxalq şöbəsinə ki parisdə formaləşır tədarük ola . hal hazırda çünki orqanın mali şərayiti çox pisdi, xahiş eliyirəm dölvət bunu ödəsin ta sonra ki orqan öz əyaqı üstə durdu və ehtiyacı olmadı kəssin . Böyük Allahdan sağlığ, uğurlar və xoşbəxtlik diləyirəm .əgər hər zaman mənim əlimdən bir iş gəlsə iş və fikir inkişafına görə deməsindən çəkinməyin , tam həvəslə hazıram. məktubu oxuyandan  sonra cırın .

Sizin dostunuz

Əşrəf Pəhləvi

[A 115-23-2]

                                          

شناسه مطلب : 258|
نظرات بینندگان
غیر قابل انتشار : 0
انتشار یافته : 0
نظر شما
نام: *
 
ایمیل :
 
نظر شما: *
 

تماس با ما : 38-22604037(9821+) Info@iichs.org
کليه حقوق اين سايت متعلق به موسسه مطالعات تاريخ معاصر ايران مي باشد.
درج مطالب در سايت لزوماً به معني تاييد آن نيست.
استفاده از منابع اين سايت با ذکر ماخذ مجاز است.