ب
ب

təbrizin üsyani və böyük xanin təşəbbüsləri

Məşrutə İnqilabından sonra Təbriz məmləkətin ən qovğalı şəhərlərindən sayılmalıdır ki onun səbəbi Təbriz əncüməninin qudrətlənməsidi , çünki paralel və qudrətli quvvə kimi şəhərin təhlükəsizliyi və dincliyinin yaranması məsulu olan mərkəzi hökumətin rəsmi numayəndələrinin...

Azita Liqai

 

Məşrutə İnqilabından sonra Təbriz məmləkətin ən qovğalı şəhərlərindən sayılmalıdır ki onun səbəbi Təbriz əncüməninin qudrətlənməsidi , çünki paralel və qudrətli quvvə kimi şəhərin təhlükəsizliyi və dincliyinin yaranması məsulu olan mərkəzi hökumətin rəsmi numayəndələrinin qarşısında baş qaldırmışdı və xalqın himayəsinə arxalanaraq onların qudrətin zəifləndirirdi . əncümən qudrətin sabitləşdirmək məqsədilə hər gün bir bəhanə ilə xalqı üsyana məcbur eliyirdi . əgər çi əncümənin üzvləri bir dəyildilər amma onun nəbzi bir qurupun ixtiyarında idi və əncumənin və xalqın hərəkətlərini urəkləri istəyən cəhətə sövq verirdilər . əncümənin işi bir yerə çatdı ki Təbriz hökumətinə təzyiqdən əlavə Şura Məclisinə təzyiq tətbiq eləmək istədi .

Qəməri 28 Rəbi-ul-əvvəl 1325 / şəmsi 21 Ordibeheşt 1286 bir teleqraf Tehrandan Təbrizə göndərildi ki onda bütün peşnamazlar , dini alimlər və əncümən numayəndələrindən istənilmişdi teleqrafxanada hazır olsunlar . bu çağırışın səbəbi aydın deyildi amma Təbrizin iltihablı diyasporası və Məhəmməd Əli Şahın məşrutə ilə muxalifəti barədə xalqa olunan təlqinləri nazərə alaraq xalqın bir qurupu telqrafın məzmunundan xəbərdar olmaq üçün teleqrafxanada toplandılar .

Ayətullah Təbatəbai və Behbəhani və Şura məclisində olan Təbriz numayəndələri imzalayan Tehran teleqrafında , dini alimlərdən , peşnamazlardan və Təbriz əncüməni üzvlərindən istənildi ki Hac Mirza Həsən Müctehidə dildarlıq verib onu Təbrizə qaytarsınlar . teleqrafın məzmunu xalqın xəyalı ilə fərqlıidi. əncumən, xalqın toplanmasın fursət bilib və bu teleqrafı Tehrana göndərdı : (Hucəci İslam və Azərbaycan vəkilləri Cənabları damət bərəkatohom mubarək  huzurlarına, mubarək teleqraf bütün böyük dini alimlərinə və xalqın hamısına ki bazarları və mağazaları bağlıyıblar və mubarək teleqrafxanada hazırdılar oxundu bütün din alimləri cənabları və xalqın cavabı qanunu istəməkdir qanunnaməni Azərbaycana doğru hərəkət verməyən zamana qədər bazar və mağazalar açılmıyacaq və teleqrafxanadan eşiyə çıxmayacayıq (Təbriz Milli Ən cüməni) .

Beləliklə əncümən, Təbrizdə başqa bir təhəssün və üsyana zəmin yaratdı . Tehran əncümənin yersiz cavabından təəccübləndi və başqa bir teleqraf bu məzmunla göndərdi :

Ali cənabın teleqrafı bizlərin sualının cavabı deyil . konstitusiya Məclisdə oxunur və bir məclis yerinə hər gün başqa bir məclis isə qanunu islah və təkmilləşdirmək məqsədilə hucəc-ul –islam cənabları və böyük dini alimlər huzuru ilə qurulu və məşğuldur . məmləkətin əbədi xoşbəxtliyin təmin edici qanun bu təcil və qısnaq ilə hazırlanmaz . umumi həyəcan və bazar və mağazaları bağlamaq gərəkli deyil . muqəddəs Məclis öz borcunu yerinə yetirməkdə o qədər səy və cəhd eliyir ki bu qəbil təşəbbüslərə ehtiyac yoxdur . hucəci-islam və bilikli dinalimləri ali cənabları və hörmətli əncümən üzvlərinə zəhmət verməkdən məqsədimiz Müctehid (damət bərəkatohu) cənablarının qaytarmasının lazimliyin bildirmək idi və əlbətdə Azərbaycan zəkalıları bu problemə agahdılar ki əgər bu sözün fövquladə əhəmiyyəti olmasaydı bir toplum burada hazır olub sizə zəhmət verməzdıq indi ki vasitəsiz cavab verilmir və zaman isə sona çatıb ali cənabları umumi fikir ixtilafına buraxıb geddik (Seyid Əbdullah Behbəhani) (Seyid Məhəmməd Təbatəbai) (əhqər Fəzlullah Nuri) ...

Amma bu teleqraf isə əncümənin qərarında əsər qoymadı . onlar həqiqətdə öz niyyətlərin irəli aparmaqda belənçi fursəti gözlüyürdülər, çümki istiyirdilər məmur olan komissiyada hazırlanan konstitusiya dahatez Məclisdə qiraət ola və keçirilə , Çünki Tehran dini alimləri belə qərarları var idi konstitusiyanın qaralamasın müctehidlərdən formalaşan başqa bir komissiya isə yoxluyalar və şəriət ilə uyğunlaşdıralar ta ixtilaf qalmasın amma Təqizadə kimi Təbriz əncüməninə arxalanan adamlar istəmirdilər bu iş baş versin .əncümən isə xalqı teleqrafxanaya və Topxana meydanına çəkməklə və bazarları bağlamaqla və Tehran və sayir şəhərlərə ardıcıl teleqraflar göndərməklə konstitusiyanı özünün istədiyi formaya çevirməsinə cəhd göstərdi .

Tehrandan Təbrizi dəlil ilə razılaşdırmağa cəhd elədilər . onlara izah elədilər ki neçə gün öncədən bir komissiya böyüklər , hucəci-islam, din alimləri və Tehran və Təbrizin numayəndələri huzuru ilə yaranıb və hər gün neçə saat konstitusiyanın fəsilləri barədə danışıq aparırlar və əgər üsyanlar Məclisin vaxtın almasa daha tez nəticəyə çatacaq . habelə Təbrizlilərə and içdilər ki konstitusiyanın keçirilməsinin yubanılması dövlətə və Məhəmməd Əli Şaha heç dəxli yoxdur .

Nəhayətən çünki Şura Məclisi əncümənlə danışığı nəticəsiz gördü, elan elədi hazır deyil ancaq İranın bir hissəsinin istəyin nəzərə almaq üçün məmləkətin tam mənfəətlərin ayaq altına qoysun .

Tehranda konstitusiyanı uyğunlaşdıran komissiya öz işinə davam elədi və Təbrizdə eləcədə Topxana meydanı və teleqrafxana, xalqın təhəssün və toplantı yeri idi . hər gün vaizlər məşrutənin və məşrutə hökuməti və şəriət qanunlarının ayrılmasının xeyrləri barəsində çıxış eliyirdilər .

Vəziyyət bu şəraitdə idi ki birdən – bir Böyük Xan Rəhimxan Çələbiyanlu oğlunun (Toxumdil) kəndinə hucum xəbəri Təbriz və Tehran xalqı arasında bir od saldı .

Hadisənin əsli belə idi ki əncümənin fərmanı ilə bir iddə Qaracadağdan taxıl toplamaqa məmur oldular (üzüm dil) də Rəhim Xan tərəfindən təyin  olmuş Hüsen Paşa Xan onlar ilə əməkdəşlıq eləmədi . Toxumdil əhalisi əncümən numayəndələrindən himayədə Hüsen Paşa Xan ilə Çaxnaşıb o isə Böyuk Xandan yardım istədi . Böyükxan bir qurup suvari ilə Paşaxanın yardımına getdi və bir iddəni öldürdü və Toxumdili Çapdı . Şayiə oldu ki Böyük Xan Təbrizə doğrü yollanıb ta əncümənin təşkilatın pozsun . habelə deyilirdi bu akt Şahın icazəsilə baş verib .

Başqa bir hadisə Əsədullah adlı bir nəfərin yaxalanması idi və onun buna etirafı ki o Əkrəmussultan tərəfindən əncümən üzvlərinin terroruna məmur olub . yenədə yayıldı ki bu təşəbbüs Məhəmməd Əli Şahın fərmanı ilə həyata keçirilib .

Bu hadisələr əncümənin xeyrinə oldu , çünki Tehran, Rəşt , Ənzəli , İsfəhan , Qəzvin və sair şəhərlərdə xalq ona qarşı və Təbrizlilərin xeyrinə çıxdılar .

Tehran xalqının çox iddəsi Bəharistan meydanında toplandılar və Şah və Məclisə qarşı danışdılar. Məclis, Şahı Rəhimxan və oğlun qırağa qoyub yaxalanmasına təzyiqə məruz qoydu . Şah isə fərman verdi, Rəhimxanı  yaxalıyıb və zəncirləsinlər. Ətabək isə Nizam-ul-mülkə Böyük Xanı yaxalamağa əmr verdi .Bu təşəbbüslərdən sonra Tehran üsyanı yatdı və bazarlar açıldı amma Təbriz hələdə tətildə idi .

Əncumənin Böyük xanın hucumu və terror hadisəsində başqa faydalanması o idi ki şəhəri qorumaq silahlı mücahidlərin öhdəsinə qoyuldu ki yenə də mərkəzi hökuməti zəifləndirmək istiqamətində bir addım idi . Məclis hələ də Təbrizin konstitusiya diləyi qarşısında muqavimət göstərirdi taki qanun bir sıra dəyişiklərlə Şura Məclisində oxumağa hazır oldu .

Təqizadə və yoldaşları başa düşdülər ki əgər konstitusiya bu formada Məclisdə qiraət olunsa təsdiq olunacaq , və hal buki bu dəyişiklər onların istəyi deyildi , beləliklə cəhd elədilər onun Məclisdə qiraət olunmasının qarşısın alsınlar və bir teleqrafla Təbriz əncümənindən istədilər təhəssünə son qoysunlar .

O zamana qədər konstitusiyanın təsdiq olunması və irəli sürülməsinə israr eliyən Təbriz əncüməni , nagihan mövzelərindən geri çəkilib və səssiz xalqı bazarları açmağa çağırdı. Təqizadə isə tam gücü ilə konstitusiyanın məclisdə qiraət olunmasının qarşısın aldı . beləliklə başqa bir üsyan Təbrizdə sona çatdı .

شناسه مطلب : 259|
نظرات بینندگان
غیر قابل انتشار : 0
انتشار یافته : 0
نظر شما
نام: *
 
ایمیل :
 
نظر شما: *
 

تماس با ما : 38-22604037(9821+) Info@iichs.org
کليه حقوق اين سايت متعلق به موسسه مطالعات تاريخ معاصر ايران مي باشد.
درج مطالب در سايت لزوماً به معني تاييد آن نيست.
استفاده از منابع اين سايت با ذکر ماخذ مجاز است.