ب
ب

axal muqaviləsi bir növ qəcəri comərdlik

Qacar dövrü Rusiya imperiyası tərəfindən İrana təhmil olunan təəssüflü və düşünməli muqavilələrdən biri (Axal) muqaviləsi dir . bu muqavilə (Türküstan) vadisi və (Mazəndəran dənizi)-nin yaxud qərb dilində Kaspiyənın Şərq tərəfin mənimsəmək ardınca şəmsi 23 Azər 1260/qəməri 22 Muhərrəm 1299/17 Desamr 1881 tarixdə Mirza Səid Xan...

Səfa Kazemeyni

 

Qacar dövrü Rusiya imperiyası tərəfindən İrana təhmil olunan təəssüflü və düşünməli muqavilələrdən biri (Axal) muqaviləsi dir . bu muqavilə (Türküstan) vadisi və (Mazəndəran dənizi)-nin yaxud qərb dilində Kaspiyənın Şərq tərəfin mənimsəmək ardınca şəmsi 23 Azər 1260/qəməri 22 Muhərrəm 1299/17 Desamr 1881 tarixdə Mirza Səid Xan Motəmen-ul – mülk Ənsari (İranın xarici işlər naziri) və İvan Zinovif, Rusiyanın muxtar naziri arasında Tehranda bağlandı . xatırlanırki Rusiyanın İranın Şərqi sərhədlərinə əl uzaltması qəməri 1290 miladi 1873 –cü ildə İranın Mərvdəki məğlubiyyəti ardınca başlandı və sonrakı illərdə davam etdi taki general (İskoblof) qəməri 1298 /miladi 1880-cı illərdə (Təkə Türkəmənləri) yurduna hucum apardı və onların son qərarqahını (gögtəpəni) ələ keçirdi .

Axal muqaviləsi ki deyilir (Nasiruddinşah) məcbur halda onu qəbul elədi Xorasanın şimalından başlayaraq Təcən çayına qədər İran torpaqları ki Mazədəran dənizi aşırı əyaləti kimi Rusiya tərəfindən ələ keçirilmişdi rəsmiləşdirdi . hal bu ki bu yerli təcavüzlər sonki illər isə davam eliyirdi və Rusiya dövləti onun qarşısın almaq üçün heç bir təşəbbüsə əl vurmadı .

Adı gələn muqavilə dörd fəsildən ibarət idi . birinci fəsildə sərhəd xəttinin keçən yerlərvə noqtələr muəyyən olmuşdur və iki fəsildə görünmüşdür ki İran və Rusiya numayəndələri birinci fəsil əsasında sərhəddi bir tövr aydın şəkildə rəsm edib və sərhədlərdə nişanlamışlar . habelə bu muqavilənin ilhaqları da var idi ki onda xarici işlər nazirliyi bəzi dərələr , kəndlər və çaylar barəsində bir sıra təəhhüdlər qəbul elədi . bu ilhaqlar muqavilə imzalanandan birhəftə sonra Mirza Səid Xan Ənsarinin 29 Muhərrəm 1299 tarixli 148 nömrəli rəsmi məktubu vasitəsilə Zinovifə göndərildi .

Bir müddət sonra qəməri 1301-ci ilin Zihəccə ayında Melinkof Rusiyanın yeni muxtar naziri Mirza Məhmud Xan Nasir –ul – mülk yeni xarici işlər nazirindən muqavilənin və onun ilhaqlarında dərc olan bəndlərin icrasın istədi .

Bu mövqədə , məhəmməd Təqi Mirza Rüknuddövlə Xorasanın ustandarı idi və İran sərhəd işləri heyətin başçısı və onun nəzarəti altında olan Hacı Əmin Nizam , muqavilənin icrası məmuru oldu, amma muqavilə və ilhaqlarının bəndlərinin icra işi müştərək komissiya məmurlarının fikir ixtilafları və Rusiya numayəndəsinin təhmilləri səbəbindən xırda xırdı həyata keçirildi və illər boyu uzandı .

Amma şübhəsiz rusların zordeməkləri və Qacar hökumətinin qabiliyyətsizliyi və laqeydliyinin zirvəsin bu muqavilənin dördüncü fəsilində görmək olar : (çünki Firuzə çayı qaynaqı və İran sərhəddinə yapışan Xəzər dənizi aşırı əyalətin suvaran bəzi çaylar İran torpağında qərar tapıb, ali rütbə dövlət (İran) Təəhhüd eliyirki heç halda qoymasın qaynaqdan başlayaraq İran torpağından çıxana qədər çay və axları boyunda yeni kəndlər yaransın və halhazırdı əkilən torpaqlara artırılsın və habelə hal hazırda İran torpağında ziraət olan torpaqlara lazım olan miqdardan artıq su işlənməyə icazə verilməsin .)

Lord Korzon Axal muqaviləsi barəsində yazır : (ruslar sərhəd muqaviləsi bağlanan zaman birinci növbədə sərhəd uca dağları öz torpaqlarına saldılar , sonra çay qaynaqların isə Rusiya torpağı kimi qeyd elədilər ki hərzaman istəsələr suyu İran kəndlərindən kəsələr və nəticədə xorasanın hasilin aradan aparalar .)

Amma müştərək komissiya Xorasan sərhad hududları xəritəsin Zülfiqar dərəsinə qədər tərsim eliyib nişanlayandan sonra (Zulfiqar) dərəsində bir xırda tikə torpaq  Gülüstan muqaviləsi əsasında İrandan ayrılmış (Araz) çayının cənub sahilində olan (hesar) kəndin İrana geri qaytardı . bu iki torpağın sahəsi üst- üstə on hektardan çox dəyildi və həqiqətən sərhəd xəttinin əyrisin çıxarmaq üçün baş verdi hal bu ki əvəzində İran (Hesar) kəndinin şimal qismətində 8 kilometir sahəsində bir tikə yeri və habelə (Firuzə) kəndin Rusiyaya verdi . Bu muqavilənin bəndlərinin icrasında birinci addım idi . Amma muqavilə burada sona çatmadı.muqavilənin icrasında ikinci addım Ğəlğəlab qalası və Gərmab qalasının İran Tərəfindən boşalınması idi . bu iki qalanın 240 ailə yoxsul sakini var idi . 1200 tümənə qədər bu ailələrin daşınma xərci Tehran dar –ul –xilafəsindən ödənildi .Bu ailələrin daşınması və İranın sərhad kəndlərində sakin olması ardınca , adı gələn yerlər müştərək komissiyanın nəzarəti altında Rusiyaya verildi .

Muqavilənin üçüncü mərhələsi 1301-ci ildə sərhəd işləri heyəti başçısı Hacı Əmin Nizam və (Məhəmməd Əli Xan) dərəcəz hakimi və (Qəraxan) Ətək hökmranı və (Mirza Əhməd Xan Sərhəng) Dərəcəz mubaşirliyi nayibi huzuru ilə Hesar kəndi və hesar dərəsinin bölünməsi icra olundu . bu ədalətsiz bölünmədə hesar kəndi ərazisi və Hesar çayının suyunun 5-də biri İrana verildi və qalan hissəsi rusların ixtiyarına keçdi. nisbətən imkanlı ailələr olan Hesar sakinləri isə Rusiya hissəsində qaldılar və yalnız 35 yoxsul və torpaqsız ailəsi İran hissəsində yerləşdirildi .

Muqavilənin dördüncu icra mərhələsi muqavilənin ilhaqının ikinci fəsilinə aid idi ki onda belə gəlmişdir:" (Yengi qala) və (Behbud xan) (Sərrud Qala) kəndləri ziraəti üçün 2 1/4 vərs sahəsi olan və (Yengə qalanın ) Şərq tərəfində yerləşən (Çaydərə) torpağının sahəsin Dərbəndiyə doğru üstəki 1 1/4 vərs ortakənddən yuxarıda yerləşib arpa , buğdadan başqa panbıq və tərəvəz isə ziraət etməyə icazə verilir " .

Yengi qala şərqi Dərbəndə qədər , bir ağac məsafəsi var və bu dərədə təxminən ilin hər zamanında ziraət olunurmuş, amma yuxarıda gələn təəhhüdə əsasən, Rusiyanın numayəndəsi İranlı əkinçiləri əlində olan torpaqların mühüm bir hissəsində ziraətə mane olub məhdudlaşdırdı .çünki bu reqionda ziraətin genişlənməsin Rusiyaya aid olan reqionda suyun qıtlığına səbəb olmasın bilirdi .

Hələ davamı olan Türkəmənlərin İran sərhədlərinə basqının mövzusu isə dörd çayın kəndcikində var idi . bu arxlar bunlardan ibarət idi : (Çəh Çəhə), (Qara tikan) , (Kəlat ruf) və (Layn) bu dörd çayın suyunun altıda biri kəndcikin ziraətinə sərf olunub və qalanı kəndcikin ətraf qalaları və torpaq sahələrinə axırdı .

(Ətək kəlat) Mərvlı Türkəmənlərin üzünə açığ idi, çünki onlar yaxın zamanda İran vətəndaşı idilər və (Ətək) sakinləri ilə ilgiləri var idi , bu səbəbdən hasanlıqla Ətək qalalarında sakin olan və dörd çayın suyu ilə ziraət eliyən 400-dən artıq olan Mərvlı Türkəmən ailəsi ildə 20000 xarvar buğda və çəltik əldə edib və onun onda birin vergi kimi İran dövləti məmuru olan Ətək hakiminə veridilər .

   "Ətək Dərəcəzdə" isə neçə etibarlı qala var idi ki Dərəcəzli kəndlilər və Axallı əkinçilər orada ziraət eliyərdilər və bunlar isə məhsulun onda birin vergi kimi İran dövləti və Dərəcəz hakiminə verirdilər , amma tədriclə Mərv, Axal , Ətək Dərəcəz və Ətək Kəlat təsərrüfatçıları Türkəmənlərin İran sərhədləri daxilinə basqınları vasitəsinə çevrildilər və qəməri 1314-cü ilə qədər sərhəd işləri və muqavilənin icrasında nəzarətçi kimi qulluq eliyən sərhəd müştərək komissiyası, Mərv və Axal təsərrüfatçıların İran dövlətinin tam itaəti altına daxil elyiə bilmədı .

Nasiruddin şahın qətli ardınca İranın şəraiti daha çox gərginləşməyə uğradı və mərkəzi hökumətin acizliyi daha çox aydınlaşdı ki bu iş Ətəkdə yaşıyan Mərv və Axallı türkəmənlərin öz başınalıqlarına səbəb oldu, beləki İran dövləti itaəti və vergi verməkdən baş atdılar .

Qəməri 1314-cü ildə, rus qazzaqları "Sərəxsi Nasiri"nin iki ağac məsafəsində olan "Xankəran" da sakin olub (Sərəxsi nasiri) – nin suyun öz əllərində olan köhnə Sərəxsə doğru çevirdilər və Sərəxsi Nasiri viran olmağa uğradı və beləliklə İranın bir hasil verən reqionu iqtisadiyyat dövründən xaric oldu .

شناسه مطلب : 265|
نظرات بینندگان
غیر قابل انتشار : 0
انتشار یافته : 0
نظر شما
نام: *
 
ایمیل :
 
نظر شما: *
 

تماس با ما : 38-22604037(9821+) Info@iichs.org
کليه حقوق اين سايت متعلق به موسسه مطالعات تاريخ معاصر ايران مي باشد.
درج مطالب در سايت لزوماً به معني تاييد آن نيست.
استفاده از منابع اين سايت با ذکر ماخذ مجاز است.