ب
ب

şiraz xalqinin qəvam –ul – mülkə qarşi üsyani

Mərkəzi Şiraz şəhəri olan Fars əyaləti o vilayətlərdəndir ki İranın dəyişiklərində gözə gələn təsiri var imiş . Qacar dövründə bu Fars körfəzinə uzanan diyar İngiltərənin siyasi fəaliyyətlərinin mərkəzi olan Hindustan ilə həmsərhədlik səbəbindən əhəmmiyyəti iki qat oldu . Qacar şahları...

Azita Liqai

 

Mərkəzi Şiraz şəhəri olan Fars əyaləti o vilayətlərdəndir ki İranın dəyişiklərində gözə gələn təsiri var imiş . Qacar dövründə bu Fars körfəzinə uzanan diyar İngiltərənin siyasi fəaliyyətlərinin mərkəzi olan Hindustan ilə həmsərhədlik səbəbindən əhəmmiyyəti iki qat oldu . Qacar şahları Fars (Əyalətində) dincliyi qorumağa və təhlukəsizliyin yaranmasına təkid eliyirdilər . bu səbəbdən bu vilayətin hakimlərin qudrətli ricallarından yaxud şahzadələrindən seçirdilər bununla belə Farsda bir sıra reqyonun təhlukəsizliyin pozan üsyanlar üz verərdi .

Qəməri 1323-cü ildə Tehranda məşrutəçi padşahlığı başlanmamışdan öncə , Şiraz xalqı Məlik Mənsur Mirza Şuaussəltənə, Müzəffəruddin Şahın oğlunun zülmünə qarşı üsyan qaldırdılar və onu Farsdan eşiyə ötürdülər . Şuaussəltənə ilə mubarizədə xalq və ruhanilər , tacirlər, feodallar və köçərilər iştirak eləmişdilər . Məhəmməd Rza Xan Qəvam-ul – mülk və iki oğlu Həbib-ullah Xan Salarussultan və Məhəmməd Əli Xan Nəsruddölə isə bu üsyanın himayət eliyənlərindən idi .

Qəvam –ul –mülk ailəsi Farsın yerli nufuzlu ailələrindən sayılırdılar . onlar Qacar dövrünün əvvəllərindən Şirazda qudrətləndilər və çoxlu mülk və sərvət sahibi oldular və tədriclə Farsın Xəmsə tayfalarına məşhur olan neçə qudrətli tayfası onların ixtiyarına keçdilər . Məhəmməd Rza Xan qavam-ul-mülk adı gələn üsyan zamanı sürgün  halda Tehranda idi . amma nufuz və qüdrəti Şuaüssəltənənin qırağa qoyulmasında əhəmmiyyətli amil idi . məşrutə inqilabı zamanı gedişində isə şayiələrə əsasən o İngiltərə səfirliyində təhəssünçilərin və Qum şəhərinə koçənlərin xərclərin təmin eliyənlərdən idi . bu şayiənin düz – yalanlığı məlum deyil . amma hər nə səbəbdən olursa ən azı məşrutəçilərlə ayaqdaşlığına subutdur .

Məşrutəçilər qalib gələndən sonra Qəvam-ul-mülk Şiraza qayıtmağa icazə tapır . onun qayıtmasından çox keçmədən onilə muxalifət başlanır . Zahirdə Şiraz xalqının etirazı qəvam-ul-mülk və oğlanlarının Məclisə seçilmiş numayəndələrin Tehrana gedməsi qarşısın almaqda nufuz yeritmələrinə idi , çünki Farsın seçkiləri qəməri 1324-cü ilin Şəvval ayının ortalarında qurtarmışdı və Bankiya məşhur olan Mirza Əb-ul-həsən Xan Şirazi ki Tehranda sakin idi və Şiraz əyanlarının numayəndəliyinə seçilmişdi Şirazın Şura Məclisində hazır olan yalnız numayəndəsi idi .

Toqquşmanın başqa səbəbi , Şirazda Təbriz əncüməninə oxşar bir əncümənin yaranmasila muxalifət idi . Huccət-ul-islam Hac Mirza İbrahim Şərif Şirazi və bir qurup dini tələbələr, Əncüməni İslami adla bir əncümən yaratdılar və Qəvam-ul- mulkdən yardım istədilər, amma o muxalifət göstərdi və bu unvan ilə ki bir iddə şərirlər hökumət işlərində müdaxilə eləmək istiyirlər Teleqraf ilə sədr əzəm və daxili işlər nazirliyindən bu barədə məsləhət istədi . əncümən havadarları isə Mirza Əb-ul-həsən Xan Banki vasitəsilə Qəvam-ul-mülkün muxalifəti barəsində Məclisə teleqraf göndərdilər ki Mühərrəm ayının 29-da məclisdə oxundu . Qəvam-ul-mülk Əncüməni İslami qarşısında Əncüməni Məhəmmədi və Ticarət yaratdı . habelə Şiraz numayəndələrinin Tehrana hərəkəti qarşısında onun maneçiliyi ittihamı cavabında teleqraf ilə Əb-ul-həsən Xan Bankiya açıxladı (əyanlar və kustarlar numayəndələrinin min tümən xərclərin özüm vermişəm və tacirlər numayədəsinin xərcin məlikuttuccar verib yubanmaq, alimlər numayəndəsinin hərəkəti səbəbindəndir ki onun isə xərci verilib amma deyirlər ki hamı numayəndələr gərək Ağa Seyid Cəfər alimlər numayəndəsilə birgə hərəkət eliyələr və vəd eliyiblər 22 Səfər hərəkət eliyələr. əgər eləməsələr əyanlar , tacirlər və kustar numayəndələrin göndərərəm .) Əbul – həsən Xan Banki 18 Səfər də bu teleqrafı qiraət elədi .

Qəvam –ul-mülkün muxalifləri yenədə muxalifətlərinə artırdılar və xalq 20 rəbi-ul-əvvəl bazarları bağladılar və teleqrafxanada toplandılar .21 Rəbi – ul - əvvəl isə qəvam –ul – mülkün havadarları Məscidi nov da toplandılar .

Seyid Əbd –ul – hüsen Lari məşrutəçilərə yardım üçün Şiraza gəldi və Qəvam- ul – mülk və Lari cinahları arasında toqquşma yarandı ki bir iddənin ölüb və yaralanmasına səbəb oldu . Qəvam-ul-mülk Huccət-ul-islam Mirza İbrahimi həbsə aldı . habelə Seyid Cavad Muhəqqiq –ul-uləma və qardaşı Seyid Əhməd ələm-ul-hudanı yaxalıyıb, döyüb, yaralıyandan sonra İmam cümənin oğlu evində Məscidi Nov yanında həbs elədi .

Şirazdan qəvəm-ul-mülkün əzl olunmasın istəyən çoxlu teleqraflar Məclisə yetişdi 23 Rəbi-ul-əvvəl Tehranda olan Şirazlılardan bir qurup Şirazlıların təhəssünündən himayədə Bəharistanın həyətində toplandılar və Qəvam–ul–mülkün əzl və sürgün olmasın istədilər . Rəbi –ul - əvvəlin 25-də Qəvam bir teleqraf elan elədi və dedi ki düşmənliyin səbəbin bilmir çünki qısa müddətdə ki şiraza qayıdıb bir iş görmüyübdür və hətta vergi isə almıyıbdır "indi ki istefa vermişəm mülklərimin birinə gedəcəyəm və şikayətlərə yetişmək üçün böyük oğlumu Tehrana göndərəcəyəm və başqa oğlum isə təhsil üçün xaricə göndəriləcək."

Qəvam–ul–mülk Məclisin cavabın gözləmiyib və oğlun şikayətlərə cavab vermək üçün Tehrana göndərdi .Qəvamın muxalifləri yenədə onun və oğlanlarının Şirazdan ixracına israr elədilər . Möhtəşəm–ul–mülk daxili işlər nazirliyi muavini, Şura Məclisində hazır olub və elan elədi Qəvam-ul-mülk və oğlanları Tehrana çağırılıblar.

27 Rəbi–ul - əvvəl Qəvam –ul – mülk bir teleqraf ilə ehzarına etiraz elədi və elan elədi ki istefadan sonra mülklərində yaşamağa haqqı var qeyri bu halda onun mülklərin alsınlar ta məmləkətdən xaric ola bilə . qəvam–ul–mülk şirazda qalmağa cəhd elədi və onun muxalifləri isə cəhd eliyirlər onu və oğlanların Farsdan çıxardalar . Qəvam Rəbiussaninin sonlarına qədər muqavimət elədi . Rəbiussaninin 22-də Şiraz xalqı Qəvam–ul–mülkün evin həsrə aldılar və nəhayətən oğlanları ilə Tehrandan gedməyə məcbur oldu . Qəvam–ul–mülk və oğlanları Tehranda məşrutəçilərə qoşuldular və Məclis bayramında bir hücrə qurdular .

Bu növ üsyanlar qəməri 1325/miladi 1907-ci ildə İranın çoxlu yerlərində üz verdi. əmin amansız , yerli toqquşmalar , çörək qıtlığı və bu qəbil məşrutənin birinci yübleyində İranın dövlətçilərinin əsas nigəranlığları idi ki onları əsas məsələlərə qayğı göstərməyə mane durdu . 

شناسه مطلب : 267|
نظرات بینندگان
غیر قابل انتشار : 0
انتشار یافته : 0
نظر شما
نام: *
 
ایمیل :
 
نظر شما: *
 

تماس با ما : 38-22604037(9821+) Info@iichs.org
کليه حقوق اين سايت متعلق به موسسه مطالعات تاريخ معاصر ايران مي باشد.
درج مطالب در سايت لزوماً به معني تاييد آن نيست.
استفاده از منابع اين سايت با ذکر ماخذ مجاز است.