ب
ب

portretçilik üçün kodota yaratmaq

Tarix boyu, qudrəti mirasa aparmıyıb , adətən yaradıcılıq ləyaqət və döyüşçülüklə bir sülalani təməlləşdirən kimsələr vardılar, Şah İsmayıl Səvəfi , Nadir Şah Əfşar və Ağa Məhəmməd Xan Qacar bu qəbildəndirlər . Rza Şah Pəhləvi isə bunda ki qudrəti atasından miras aparmıyıb və eliyə bildi bir hökumət sulaləsinin banisi olsun adı gələn adamlar ilə...

Tarix boyu, qudrəti mirasa aparmıyıb , adətən yaradıcılıq ləyaqət və döyüşçülüklə bir sülalani təməlləşdirən kimsələr vardılar, Şah İsmayıl Səvəfi , Nadir Şah Əfşar və Ağa Məhəmməd Xan Qacar bu qəbildəndirlər .

Rza Şah Pəhləvi isə bunda ki qudrəti atasından miras aparmıyıb və eliyə bildi bir hökumət sulaləsinin banisi olsun adı gələn adamlar ilə taydır . Amma onun qudrətə əl tapmaq tərzi , onlar ilə fərqlıdır, bütün şahlar və qudrətlilər barəsində çoxlu artırmalar və mubaliğələr deyilib və yazılıbdır və adətən sülalə başçıları barədə sayirlərdən daha çox deyilir və yazılır . bunların barəsində adətən hökumət dövrlərin izah etməkdən əlavə padşahlıqdan irəli dövrdən isə bir parlaq və qabarıqlı bir sima numayiş etdirməyə cəhd olunur . belə nəzərə gəlir çün Rza Xanın qudrətə çatması sayir sülalə başçılarının əsillik və nuqsansızlığı yoxudur sayir qudrətlilərdən daha çox onun keçmişini parlaqlandırmaqda və padşahlıqdan oncə şəxsiyyətini fövq –ul – adə göstərməkdə cəhd olunubdur Klerjənin Şəmsi 1296-cı ildə Qazzaq quvvəsinin komandanlığından kənara qoyulması macərası və onu Rza Xana aid eləməyi yoxlamaq  , bu qəbil portretçiliklərdəndir ki icmal şəkildə Məlikuşşuəra-yi Baharın yazdığı "Tarix-e Moxtəsər-e Əhzab-e Siyasi" (siyasi partyaların icmal tarixi) adlı kitabın birinci cildində yazdığı kimi araşdırırıq.

Bahar 74-78 səhifələrdə (iki kodota) unvanilə birinci dünya muharibəsində , Rusiya xalqı Kırneski hökumətinin muharibəni davam etdirmək siyasətindən narazı idi və muharibəyə son qoymağa təkid eliyən Bolşovik partiyasının rəhbəri Leninin qudrətə çatmaq ehtimalı çox olmaqa işarə eliyəndən sonra yazır :

Almaniyanın məğlub olmasına qədər muharibəni davam etdirmək istəyən ingiltərəlilər bunun qorxusundan ki məbada İranın Qazzaq ordusu rus zabitləri komandanlığı ilə rusiya İnqilabı fikirlərinə məruz qala və inqilabın sahəsi İrana (ki müttəfiqlərin şərayitindən narazı idilər) çəkilə məsləhət bildilər  hər tövr olsa Rusiya hökuməti havadarı olan polkovnik Klerje Qazzaq ordusunun komandanın qırağa qoyalar . bu niyyəti həyata keçirmək məqsədilə keçmiş Qrand Hoteldə yaşıyan polkovnik Staruslıski Qazzaq ordusu komandanı muavini ilə müzakirə elədilər və o belə məsləhət gördü ki başqa bir rus zəbiti yardımı ilə bu niyyəti həyata keçirələr və o özü polkovnik klerjenin yerinə İranın Qazzaq ordusunun komandanı ola . köməyə nəzərdə tutulmuş zabit polkovnik Staruslskinin səmimi dostu və Həmədan Qazzaq Atıryadının komandanı, polkovnik Filartof idi.

   Bu zaman Həmədan atıryadı əsgərxanası, Qəzvin dərvazası eşiyində və polkovnik Rza xan Atıryadın piyada batalyonunun komandanı idi . polkovnik Filartof, polkovnik Starulski ilə apardığı danışığı münasibətilə polkovnik Rza Xanı bürösuna çağırır onu iqna eliyir ki planı həyata keçirməkdə onilə əməkdaşlıq eləsin və aydın şəkildə ona demişdi mən sənin komandanınam və hər hadisənin cavabdehliyi mənin öhdəmədir.

Bu sözlərdən sonra Bahar Filartofun komandanlığı altında olan quvvələrin Klerjenin olduğu yerə nə tövr hucumların və onu həsrə almağı izah eliyir və yazır : (polkovnik Rza Xan, polkovnik Filartofun əmrilə Qazzaq ordusu komandanının binasına geddi) . o ardınca yazır :

Polkovnik Filartof mənə (Bahar) deyirdi , neçə dəfə polkovnik Rza Xana dedim Klerjə həbsə alınıb və eşiyə gedə bilməz . otağın qapısın aç və daxil ol və o Şubhələnirdi və qorxurdu , və fikirdəyəm bir bu qədər cəsarəti olmayan adam indi nə tövr xasiyyətin dəyişib və indi padşahlıq eliyir .

Polkovnik Filartof vasitəsilə istefaya məcbur olması keyfiyətin açıxlıyıb yazır ki Filartof ona dedi :

Sizə Əmr eliyirəm özüzü qurtarmaq üçün bu işi görəsiz . bu iş görüləndən sonra İran dövləti isə təsvib eliyəcək və İngiltərəlilər bu işdə müşayiət eliyirlər və polkovnik Rza Xan sizi bu işə məcbur etməyə məmurdur .

Polkovnik Klerje məcbur halda istefasın yazdı və polkovink Staruslskini öz yerinə muəyyən elədi .

Təxminən Bahar Klerjenin qırağa qoyulması barədə kitabında gətirdiklərin hamısıdır və hörmətli oxucu onu oxumaq ilə aydın şəkildə görür ki macəranın kökü , İngiltərəlilərin istəhləri idi və onu icra eliyən isə yalnız Staruslski və Filartof idilər və Rza xanın bu qərarda heç rolu yox idi , bəlkə Bahar və Filartofun açıxlaması əsasında , üstün mənsəbin əmrin itaət eləməkdə və onların qərarların icra eləməkdə isə lazım olan cəsarəti özündən göstərmədi belə ki Flartof onu danlıyıb . indi , təəccüblü budur ki bununla belə, Bahar özü bu aydın sözlərin ardınca yazır :

Beləliklə pəhləvi ailəsinin birinci padşahının birinci çevrilişi həyata keçdi .

O yuxarıda gələn cümləni yazandan sonra , oxucunu haşiyəyə irca verir və orada yazıb (eyn qazet (No Bahar)- ın 99-cu nömrəsində Rza Xanın kodota xəbərin (qazzaq xanada sıralanma) və (Staruslski və klerje) unvanla izah etdim . amma adı gələn nömrəyə muraciədə Şübhəsiz, bu sualların cavabı mənfidir və beləliklə (Pəhləvi ailəsinin birinci padşahı)-nın keçmişinə yalnış vichə vermək üçün gerçəkliyi saxtalaşdırıb deformasiya eləmək və həqiqəti qurban eləməkdən bir numunə aydınlaşdırılır.

شناسه مطلب : 268|
نظرات بینندگان
غیر قابل انتشار : 0
انتشار یافته : 0
نظر شما
نام: *
 
ایمیل :
 
نظر شما: *
 

تماس با ما : 38-22604037(9821+) Info@iichs.org
کليه حقوق اين سايت متعلق به موسسه مطالعات تاريخ معاصر ايران مي باشد.
درج مطالب در سايت لزوماً به معني تاييد آن نيست.
استفاده از منابع اين سايت با ذکر ماخذ مجاز است.