ب
ب

əminussultanin irana daxil olmasi qəməri 1325

Mirza Əli Əsğər Əminussultan (Ətabək-e Əzəm) Qacar dövrü qudrətli və təsiredici siyasətçilərdən idi . atası Ağa İbrahim Əminussultan Qəməri 1300-cü ildə dünyasın dəyişdi . Nasiruddin Şah Ağa İbrahimə olduğu məhəbbəti və çoxlu əminliyi üçün bir Fərman ilə Əminussultan ləqəbin və onun tam...

Azita Liqai

 

Mirza Əli Əsğər Əminussultan (Ətabək-e Əzəm) Qacar dövrü qudrətli və təsiredici siyasətçilərdən idi . atası Ağa İbrahim Əminussultan Qəməri 1300-cü ildə dünyasın dəyişdi . Nasiruddin Şah Ağa İbrahimə olduğu məhəbbəti və çoxlu əminliyi üçün bir Fərman ilə Əminussultan ləqəbin və onun tam mənsəblərin oğlu Mirzə Əli Əsğər Xana verdi . ondan sonra Mirza Əli Əsğər Xan İran tarixinin əsas aktyorlarına çevrildi . o qəməri 1325 –ci ildə terror olduğu zamana qədər vaxtaşırı olaraq Nasiruddin şah , Müzəffəruddin Şah və Məhəmməd Əli Şahın padşahlığı zamanı baş nazirlik onun ixtiyarında idi və bu uzun surən dövrdə eliyə bildi hərəmsəranın qadınları , Şahzadələr, siyasət və mədəniyyət xadimləri və ruhanilərdən ibarət olan bir qudrətli cinah yaratsın . bu qurup öz mövqeləri və mənfəətlərinqorumaq üçün Əminussultanın iqtidar təməllərin möhkəmləndirirdilər. Nəzaman o başnazirlikdən qırağa qoyulurdu havadarları pul bəxş eləmək , qurqu qurmaq , Şayiə yaymaq və sayir cəhdlərlə onu baş nazirliyə qaytarırdılar . bu cinah məşrutə hadisələri prosesində və Eynuddölənin qırağa qoyulmasında , Əminussultanı başnazirliyə qaytarmaqda tam qudrətlə iştirak elədi və bu fəaliyyətlərin nəticəsində idi ki Məhəmməd Əli Şah məmləkətin problemlərinin həlli və milli birlik yaratmaq məqsədilə onu ki İsveçdə yaşıyırdı başnazirlik üçün İrana çağırdı .

Əminussultan şəmsi 1285-ci ilin Fərvərdin ayı/qəməri 1325-ci ilin Səfər ayı Avropanı İran qəsdilə tərk etdi . Məclisdə onun Avropada Hərəkəti zamanına qədər ondan dəvət barəsində heç müzakirə olunmadı amma ondan sonra deputatlardan bir qurupu ona qarşı çıxış etdilər amma Məclisdə qudrət və nufuza malik olan Əminussultan cinahı eliyə bildi Məclisin Bu barədəki Müzakirələrinin davamının qarşısın alsın amma Əminussultanın İrana daxil olmasila muxalifət Məclisin müzakirələrinə həsr olmadı və xalqın arasına çəkildi .

Qəməri 1325-ci ilin Səfər ayının sonları / Şəmsi 1285-ci ilin Fərvərdin ayının sonları Tehran xalqının çoxunun imzasıilə bir məktub Məclisə yetişdi bu məzmunla ki Əminussultan xəyanətləri səbəbindən İrana qayıtmamalıdır . amma bu muxalifətlərə baxmayaraq Əminussultan cinahı məclisdə və xalqın arasında öz fəaliyyətinə artırdı . Muxaliflər əzm etmişdilər hər tövr ilə olmuş olsa onun İrana daxil olmasının qarşısın alsınlar . Badkubə mücahidləri qəməri 2 Rəbiussani 1325/Şəmsi 26 Fərvərdin 1285 Avropadan İrana azim olan və Əminussultana çox bənzəyən Mirza Abbas Xan Muhəndisi terror elədilər mücahidlərin uğursuz terrorları,Əminussultanı daha oyaq saldı və o Rusiyanın Merkori Şirkətinin gəmisi və Rusların himayəsi altında qəməri 6 Rəbiussani / Şəmsi 30 Fərvərdin 1285 Petroskə limanından Ənzəliyə daxil oldu. Qazzaqlar və dövlət suvariləri Əminussultanı qoruyan qazzaqlara hucum elədilər və o gəmiyə qayıtmağa məcbur oldu .

Ənzəlidən teleqrafla Məclisə xəbər verdilər ki xalq Əminussultanın daxil olmasına mane olublar . Rəştdən isə bu məzmunla bir teleqraf göndərildi və bu teleqraflarla Məclisdən əmr istənildi . Əminussultanın muxalifləri və həmrəyləri Məclisdə müzakirə elədilər . Nəhayətən Məclis Əminussultanın daxil olmasila həmrəylik göstərdi və teleqrafla Ənzəli və Rəşt Xanlqından ixtişaş və gərginlikdən çəkinmək istədilər , Məclisin hökmü ilə Seyid Rəfi Xalxali və Şeyx İbrahim Ənzəlinin iki ruhanisi gəmiyə getdilər və bir çıxışla Əminussultanın İrana daxil olmasın maniəsiz elan elədilər . Mirza Əli Əsğər Əminussultan da bir məktubla Ənzəli əhalisinin minnətdarlığın bildirib özünün Şura Məclisi və Məşrutə ilə ayaqdaşlığın elan eliyib .Əminussultan Ənzəlidən Tehrana doğru yola düşdü və neçənci dəfə üçün başnazirliyə yetişdi amma şərait başqa bir tövr idi Əminussultanın qısa başnazirlik dövründə şəraiti kontrol eləmək üçün cəhdləri başqa bir məqaləyə ehtiyacı var .

makale numarası : 1605|
Yorumlar Görüntüleyenler
Sigara bırakma : 0
Yayınlandı : 0
yorum
ad: *
 
E-posta:
 
yorum: *
 

Əlaqə: (9821+) 2260 4037-38 - Info@iichs.org
Bu saytin bütün hüquqlari، İran Müasir Tarixi Araşdırmalar muəssisəsinə qorunur.
məzmunlari saytida daxil etmək، Mütləq təsdiq etmək deyil
Bu saytin mənbələrindən istifadə etmək üçün، mənbə qeydilə icazə verilir
En yaxşı görüntü: IE8 və ya daha yüksək